Cümə, 29 Mart

Tərtərdə məktəbli qız qaçırılıb

image

Tərtər rayonunda məktəbli qız qaçırılıb.

Məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45