Çərşənbə axşamı, 23 Aprel

Rəisi Moskva yolunda: Putinlə nələri danışacaq? - Video

image

Rusiya Prezidenti Vladimir Putinin Moskvada İran Prezidenti İbrahim Rəisi ilə keçirəcəyi görüşün gündəliyi açıqlanıb.

Xəbər verilir ki, bu barədə məlumat yayan Kremlin mətbuat xidməti prezidentlərin ikitərəfli əməkdaşlığın bütün məsələlərini, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırdıqlarını bəyan edib.

Bundan başqa, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bildirib ki, Rəisinin Rusiyaya gözlənilən səfəri Tehranın balanslaşdırılmış xarici siyasətinin davamıdır.

Qeyd edək ki, Rəisinin Moskvaya səfərinin gələn həftənin çərşənbə günü baş tutacağı gözlənilir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37