Cümə axşamı, 28 Mart

Polşa klubu Mahir Emreli üçün Türkiyə klublarına qiymət oxudu

image

Polşanın “Legiya” klubu komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.

Əldə etdiyimiz məlumata görə, “Başakşəhər” və “Sivasspor” kimi Super Liqa klubları varşavalılarla danışıqlar aparsalar da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Belə ki, “Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasını şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25