Cümə, 29 Mart

Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

image

“Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten sosialyönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.

“Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb”, - deyə qurum rəsmisi bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45