Cümə axşamı, 25 Aprel

Türkiyənin İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb

image

Türkiyə ordusunun İraqın Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb. Bu barədə İraqın “Shafaq” xəbər portalı xəbər verib.Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib.

Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb.

Hələlik heç bir qrup və ya təşkilat bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33