Çərşənbə, 26 Yanvar

Ermənilərə 6 ay möhlət verilib

image

Son Brüssel görüşündə bir sıra razılıqların əldə edilməsinə baxmayaraq, Ermənistanla sərhədin müxtəlif istiqamətlərində təxribatlar davam edir. Ermənistanının sülh danışıqlarını acı bağırsaq kimi uzatması yenə də təpki ilə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyev də yerli telekanallara verdiyi son müsahibəsində təxribatların bundan sonra da baş verməsini istisna etməyib.

Xəbər verilir ki , Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli məsələyə bir qədər fərqli yanaşıb:

“Açığı, danışıqların dalana dirəndiyini söyləmək çətindir. Sadəcə olaraq Yeni ilə qədəm qoymuşuq və rəsmilər də tətildən sonra işə başlayacaq. Düşünmürəm ki, danışıqlar dalana dirənib. Məncə, bu, sadəcə fasilədir. Onun əsas səbəkarı Rusiyadır. Çünki Rusiya danışıqlar prosesində moderatorluq edir. Həmçinin Rusiyanın başı Qazaxıstandan hələ də açılmayıb”.

Xüsusi elçilər səviyyəsində Türkiyə-Ermənistan danışıqlarının başlamasına gəlincə, danışıqlar o zaman uğurlu olacaq ki, Ermənistan Azərbaycanla danışıqları uğurla bitirsin. Yəni Azərbaycan-Ermənistan münasibətləri normallaşmadıqca Türkiyə-Ermənistan münasibətləri heç zaman yoluna düşməyəcək. İrəvanda bunu birdəfəlik başa düşməlidirlər ki, iki qardaş ölkənin yeritdiyi strateqiya eynidir. Ona görə də, proseslərin yaxın zamanda yenidın hərəkətlənəcəyini ehtimal edirəm.

Azərbaycan Prezidenti sonuncu dəfə ermənilərə xəbərdarlıq göndərdi, onlara 6 ay möhlət verdi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti