Cümə axşamı, 25 Aprel

Ombudsman uşaqların döyülməsinə etiraz etdi: “Şiddətlə qınayırıq!“ 

image

Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir. 

Ombudsman Aparatından verilən məlumata görə, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daima nəzarətdə saxlanılır.

"Qeyd edək ki, Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daima başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.

Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”,- məlumatda qeyd edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33