Cümə axşamı, 18 Aprel

Tokayevdən rus şovinistlərə SİLLƏ - Vəzifə təyinatlarında Britaniya izi axtarılır - ƏTRAFLI

image

Qazaxıstanda yeni informasiya və sosial inkişaf naziri Əsgər Umarovun təyin olunması rusların canına bit-birə salıb. Rusiya Paşinyanın vasitəsi ilə “zor-xoş” “KTMT” adı ilə Qazaxıstanda lövbərini salmışdı. Lakin prezident Tokayevin qəfil nazir təyinatı rusları, həmçinin erməniləri qane etməyib.

Xəbər verilir ki, rus və erməni təbliğatı ilə məşğul olan nəşrlər də “qollarını çırmalayıb” Tokayevi yıxıb-sürüyürlər. KTMT qoşunlarının “tələsik” yola salınması və Tokayevin informasiya siyasəti naziri vəzifəsinə  qazax  Əsgər Umarovu təyin etməsi barədə qərarı ruslar və onun vassalları üçün “xoşagəlməz sürpriz” olub.

“KTMT qoşunları getdikdən sonra biz Qazaxıstanda dövlət rusofobiyası və millətçiliyin yeni, yəqin ki, daha da qızışmış dövrünün şahidi olacağıq…”, – deyə nəşrlərdən biri yazıb.

Umarovu Türkiyə və İngiltərə agenti adlandıran nəşr, onun Turan Universitetinin məzunu, 2012-ci ildə pantürkist təşəbbüsün “Türkiyə İnformasiya İnteqrasiya Missiyası”nın koordinatoru olduğunu xüsusilə qeyd edib.

“Umarov Türkiyənin TRT teleradio şirkəti, Qətərin Əl-Cəzirə telekanalının, Azərbaycan, Britaniya və Amerika mediası maraqları naminə Qazaxıstan ərazisində Rusiya KİV-lərini bloklayıb”, – nəşr yazıb.

“Tokayev Umarovun təyinatının Rusiyaya necə təsir edəcəyindən xəbərsiz ola bilməzdi. Umarovun təyinatı “Rossotrudniçestvo” kiçik Primakovun dili  ilə “rusofob zibil”lə əməkdaşlıqdan imtina edərək öz münasibətini göstərən Rusiya Xarici İşlər Nazirliyi üçün gözlənilməz oldu, lakin Kreml Tokayevin qərarına təsir edə bilmədi. Bu, Moskvanın üzünə dəyən sillə idi”, – qəzet yazıb

Tokayevin siyasətinin Rusiyaya qarşı olduğunu bildirən nəşr, London, Ankara və Vaşinqtonun artıq “qəzəblərinin mərhəmətə çevirildiyini” yazıb. “Əslində Tokayevə nəzarətin ələ keçirilməsi baş verib”, -deyə qəzet sərsəmləyib.

“Tokayevin manevrləri artıq yeni tarazlıq tapıb. O, Qazaxıstandakı xarici siyasət oyunçularının hazırkı siyasi və iqtisadi vəziyyətinə arxalanacaq və təəssüf ki, bu, heç də Rusiyanın xeyrinə deyil. Qazaxıstanda “sərt güc” zərərsizləşdirildikdən sonra (KTMT qoşunlarının getməsi) Rusiyanın arsenalında ancaq bizim gücsüz “yumşaq gücümüz” qalacaq və bu sahədə biz ancaq bir qapıya oynayacağıq”, – nəşr təəssüfünü bildirib.

Daha sonra qəzet Britaniyanın Qazaxıstandakı fəaliyyətinə də toxunub.

“Britaniya Qazaxıstandakı “Böyük oyun”da “yumşaq güc”ün “sərt güc”dən daha güclü olduğunu nümayiş etdirərək, cavab zərbəsi endirir və  status-kvonu bərpa edir. Bu hələ də KTMT qoşunlarının Qazaxıstanı tərk etmədiyi vaxtda Tokayevin ehtiyatlı davranışıdır. Rusiya hərbçilərinin çəkmələrinin izi soyumağa vaxt tapmamış, Tokayev və tərəfdaşlarının qolları tamamilə açılacaq və biz Qazaxıstanda dövlət rusofobiyası və millətçiliyinin yeni, yəqin ki, daha da çılğın dövrünü görəcəyik “, – deyə qəzet türk qorxusunu büruzə verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56