Cümə axşamı, 28 Mart

"Fənərbağça" Yoahim Lövlə anlaşdı

image

Türkiyə "Fənərbağça"sının yeni baş məşqçisi bəlli olub.

Xəbər verilir ki, İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb.

Klub prezidenti Ali Koçla şəxsən görüşən almaniyalı mütəxəsis təklifi qəbul edib. "Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.

Qeyd edək ki, Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45