Cümə, 26 Aprel

Kardaşyanın keçmiş əri Putinlə görüşmək istəyir – Kremlin cavabı

image

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyaya səfəri zamanı amerikalı reper Kanye Uestlə Prezident Vladimir Putinin görüşüb-görüşməyəcəyi ilə bağlı açıqlama verib.

Xəbər verilir ki, Peskov jurnalistlərə açıqlamasında amerikalı reperin Putin üçün tərəf-müqabili olmadığını deyib.

“Prezidentin ifaçının tərəf-müqabili olduğunu düşünmürəm. Nə birgə ibadət, nə də onun səfərini təşkil etmək baxımından", - Peskov bildirib.

Kremlin sözçüsü Putin və Uestin bir-birini o qədər də dərindən tanımadıqlarını söyləyib.

Erməni əsilli model Kim Kardaşyanın keçmiş həyat yoldaşı Kanye Uest bu il Rusiyaya gəlməyi, burada kilsədə ibadət etməyi, Vladimir Putinlə görüşməyi planlaşdırır. Rusiyada öz biznesini qurmaq da reperin planlarına daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33