Cümə axşamı, 02 May

Həbs edilən sabiq icra başçısının cəzası AZALDILDI

image

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Xəbər verilir ki,, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sabiq icra başçısı bir neçə gün əvvəl Mərkəzi Klinikaya yerləşdirilərək ikinci dəfə ürək əməliyyatı olunub. Hazırda müalicəsi davam etdirilir.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15