Cümə, 29 Mart

Azərbaycan-Ermənistan sərhədində gərginlik kimə və nəyə lazımdır? - ŞƏRH

image

Azərbaycan-Ermənistan sərhədində gərginlik kimə və nəyə lazımdır?

Məlumata görə, hərbi jurnalist Fərdin İsazadə Azərbaycan-Ermənistan sərhədindəki son durumu təhlil edib.

“Şərti Azərbaycan-Ermənistan sərhədində gərginlik kimə və nəyə lazımdır?

İlk növbədə Ermənistanın baş naziri Paşinyana.

Birincisi, şəxsi heyətin və müvafiq silahların olmaması şərti sərhəd üzərində effektiv nəzarəti azaldır.

İkincisi, KTMT qüvvələrinin müəyyən dərəcədə Azərbaycanla sərhədə cəlb edilməsi Paşinyanın cəmiyyətdə sarsılmış reytinqini artıracaq”, – jurnalist şərh edib.

Daha sonra o, bu gərginliyin həm də KTMT qüvvələrini Azərbaycanla sərhədə cəlb etməyə çalışdığını bildirib.

“Açığı, KTMT-nin “sülhməramlı qoşunları”nın Qazaxıstana yeridilməsindən ruhlanan Paşinyan sərhəddə süni şəkildə gərginlik yaratmaqla təşkilatı Azərbaycanla sərhədə cəlb etməyə çalışır.

Nursultan Abışeviçin Qazaxıstanda artıq hakimiyyətdə olmadığını nəzərə alsaq, bunun üçün Ermənistanın baş nazirinə əlverişli imkan yaradılıb”, – deyə İsazadə qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45