Cümə axşamı, 02 May

Almatıda bir gündə 1700 nəfər saxlanıldı – Xeyli silah-sursat götürüldü

image

Qazaxıstanın Almatı şəhərində gün ərzində 1678 aksiya iştirakçısı və talançı saxlanılıb.

Xəbər verilir ki, bu barədə şəhər komendaturasının məlumat mərkəzi bildirib:

“Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin iştirakçısı olan 1678 nəfər saxlanılıb. 36 ədəd odlu silah və 1476 ədəd döyüş sursatı götürülüb” – deyə məlumatda qeyd olunub.

Eyni zamanda şəhərin müxtəlif ərazilərində quraşdırılmış 5 nəzarət-buraxılış məntəqəsində iğtişaşlara cəhd göstərməyə çalışan 38 nəfər saxlanılıb. Vətəndaşlar tərəfindən komendaturanın çağrı mərkəzinə operativ reaksiya tələb olunan 136 siqnal göndərilib, “102” idarəetmə pultuna isə 881 məlumat daxil olub.

Xatırladaq ki, yanvarın 19-dək bütün respublikada fövqəladə vəziyyət rejimi qüvvədədir, hakimiyyət meydanları aksiya iştirakçılarından təmizləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15