Cümə axşamı, 02 May

“İdeal”ın sahibinə ağır cəza verilməsi planlaşdırılır — Anasından etiraz

image

“İdeal” mağazalar şəbəkəsinin yaradıcısı və keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun anası Solmaz İsmayılova Baş Prokurorluq qarşısında etiraz edib. 

Xəbərə görə, Solmaz İsmayılova bildirib ki, heç bir cinayət törətmədiyi halda, AZAL prezidenti Cahangir Əsgərovun sifarişi ilə həbs olunan oğluna ağır cəza vermək planlaşdırılır.

Solmaz İsmayılovanın sözlərinə görə, müxtəlif mənbələrdən məlumat alıblar ki, prokuror İlqar İsmayılova 9 il azadlıqdan məhrumetmə cəzası istəyəcək, məhkəmə isə bir il azaldaraq, 8 il həbs cəzası kəsəcək: “Bizdə məlumat var ki, Cahangir Əsgərova söz verilib. Amma buradan bəyan edirəm, kim rüşvət alıbsa, qaytarsın. Çünki oğlum haqqında sifarişlə ədalətsiz hökm çıxarılsa, ölənə qədər aclıq edəcəm, intihara belə əl atacam”.

İlqar İsmayılovun “İdeal” şirkətini 1999-cu ildə təkbaşına təsis etdiyini, bilik və təcrübəsi sayəsində uğur qazandığını deyən anasının sözlərinə görə, 2011-ci ildə şirkətin bir hissəsini AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva alıb. 

Bir müddət sonra İlqar İsmayılov özündə qalan payın 25 faizini də Zərifə Həmzəyevaya verib. 

Solmaz İsmayılova deyib ki, qalan payını heç bir halda vermək istəməyən oğlu 2017-ci ildə saxta ittihamla həbs edilib. Həbsdə olduğu müddətdə qalan payı da əlindən alınıb, bundan sonra azadlığa buraxılıb.

İş adamının anası Baş Prokurorluğun qəbul otağına getsə də, onu bu qurumun tabeliyindəki dövlət ittihamını müdafiə idarəsinə yönləndiriblər.

Qeyd edək ki, 2021-ci ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. 

Bu işlə bağlı məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. 

Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək. 

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Lakin o, ittihamları qəbul etmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15