Cümə, 19 Aprel

Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb

image

Qazaxıstana yeridilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının sayı açıqlanıb.

Xəbər verilir ki, bunu ölkə Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinin videoformatda keçirilən toplantısında bildirib.

“İndiyədək Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT sülhməramlılarının 2030 nəfər canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”, – dövlət başçısı deyib.

O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühfizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20