Çərşənbə, 15 May

Qazaxıstanda general özünü güllələyərək intihar edib, iki polkovnikin meyti tapılıb

image

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar etdiyi iddia olunur. Xəbər verilir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb.

 

Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu tribunal gözləyirmiş. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələdiyi bildirilir.

Ancaq onun qəsdən öldürüldütyü də istisna deyil. 

“Kazinform”un məlumatına əsasən, Almatının Turksib rayonu Polis İdarəsinin rəis müavini polkovnik Tanat Nazanovun meyiti də kabinetində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin zabiti, polkovnik Azamat İbrayevin meyiti isə ölkə paytaxtı Nur-Sultanda yaşadığı binanın həyətində aşkar edilib. Komitədən bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilayətində anadan olub. 1980-ci ildə Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00