Çərşənbə, 15 May

Bakıda 7 nəfər dəm qazından zəhərləndi

image

Bakının Sabunçu rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Xəbər verilir ki, rayonun Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Həmidə Cəfərova, 1996-cı il təvəllüdlü Nərmin Məmmədova, Bakıxanov qəsəbəsində 1992-ci il təvəllüdlü Aysu Cəfərova, 1993-cü il təvəllüdlü Aliyə Həsənova və 1981-ci il təvəllüdlü Sona İsgəndərova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya çatdırılıblar.

Suraxanı rayonunda isə 2009-cu il təvəllüdlü Svetnova Ksenya Denisovna dəm qazından zəhərlənib və o, xəstəxanaya yerləşdirilib.

Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə qeydə alınıb.

Binə qəsəbəsində 2003-cü il təvəllüdlü Gülyaz Kərimli yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00