Şənbə, 20 Aprel

Bakıda itən körpə ilə bağlı ŞOK İDDİA: “Valideyn siqareti uşaqların başında söndürür” – VİDEO

image

“Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb”.

Bu sözləri doqquz gün öncə Bakıda itən iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva ARB TV-də yayımlanan “Səni axtarıram” proqramında deyib.

Uşağı bir qadının apardığı iddialarına aydınlıq gətirən ana həmin insanı tanımadığını bildirib:

“Beş övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur”.

Azyaşlının anası onu da əlavə edib ki, hadisə baş verməzdən təxminən iki həftə öncə efirə çıxmaq istəyib:

“Biz istəyirdik ki, verilişə çıxıb kömək istəyək. Uşaqlarla birlikdə sığınacağa yerləşək. Uşaqlarımızdan ikisi xəstədir. Autizmdən əziyyət çəkirlər və danışa bilmirlər”.

Verilişə anonim zəng edən şəxs beş övladı olan valideynlərinin uşaqların başında siqaret söndürdüklərini iddia edib.

Atası uşağın başında olan yaranın başını qaşıması nəticəsində yarandığını bildirib.

Xatırladaq ki, hadisə dekabrın 29-u Sabunçu rayonunda baş verib. Ailə üzvlərinin sözlərinə görə, yaşlı bir qadın evə girərək oradan iki yaşlı Məhəmmədi oğurlayıb.

Ailənin digər azyaşlı dörd övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib.

Daha ətraflı süjetdə:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20