Cümə, 26 Aprel

Paşinyan kimin başını qatır? – Xankəndinə qayıdış planı…

image

“İlin sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın azərbaycanlı məcburi köçkünlərin Qarabağın dağlıq hissəsinə qayıdış prosesinə dəstək verəcəyini, onların Xankəndidə və Qarabağın dağlıq hissəsinin kəndlərində yaşamaq hüquqlarına etiraz etməyəcəyini deyib. Əvvəla şübhəsiz ki, Xankəndi, Xocalı, Əsgəran bütün bu torpaqlar Azərbaycan torpaqlarıdır, bu ərazilərlə bağlı istənilən bir qərar da Azərbaycan dövlətinə məxsusdur”.

Bunu açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı konkret mesajlar verdi:

“Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, səhifəni çevirmək zamanıdır, biz orada yaşayan erməniləri Azərbaycan vətəndaşları hesab edirik, onların reinteqrasiyasında maraqlıyıq. Birgəyaşayış bölgədə düşmənçiliyin aradan qaldırılmasına gətirib çıxara bilər. Düzü, düşünmürəm ki, Paşinyan bu açıqlamanı verməklə Azərbaycanın əleyhinə nəsə bir addım atmağı hədəf qoyur, ya da bu açıqlaması ilə yenə ərazi iddiasından əl çəkmədiyini göstərir. Paşinyanın açıqlamalarının hədəfi ən çox daxili auditoriyadır, oraya oynamaqdır. Paşinyan göstərməyə çalışır ki, guya onların da bu işdə hələ də qərarqəbuletmə şansları var. Bu yolla insanları sakitləşdirir.

İkincisi nəzərə alsaq ki, son zamanlarda Paşinyandan gələn mesajlar konstruktivdir. Belə ki, ilin sonuna doğru hökumətin iclasında Paşinyan bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır və Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər.

Ermənistan hökumətinin Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başladığını da bildirmişdi. Bundan əvvəl o bəyan etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yerasx – Culfa – Ordubad – Mehri – Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub. Yəni Paşinyan bir tərəfdən daxili auditoriya üçün manevr edirsə ki, buna məcburdur, başqa çıxış yolu yoxdur, xaricə də göndərməli olduğu mesajları verir ki, bizə də elə bu lazımdır.

O ki qaldı Azərbaycanlı məcburi köçkünlərin Qarabağın dağlıq hissəsinə qayıdış prosesinə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı konkret mesajlar verdi və düşünürəm ki, 2022-ci ilin “Şuşa İli” elan olunması həm Şuşanın bərpasını, həm də bu prosesləri daha da sürtənləndirəcək. Şuşa şəhərinin 270 illiyinin qeyd olunacağı bu il torpaqlarımıza dönüş ili kimi tarixə düşəcək.

Heç şübhəsiz ki, burada da həllini tapmalı olan yolların inşasının yekunlaşması, əhalinin yaşayışı üçün lazım olan infrastrukturun salınması kimi məsələlər birdəfəlik həllini tapmalıdır. Bu istiqamətdə isə qlobal krizisə baxmayaraq Azərbaycan dövləti bütün potensialını və resurslarını səfərbər edib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33