Cümə axşamı, 28 Mart

Lukaşenkodan açıqlama: “Diz çöküb üzr istəmək lazımdır...”

image

Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı iğtişaşlara münasibət bildirib.

Xəbər verilir ki, o, etirazçıları Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevlə dialoq qurmağa çağırıb.

“Mən sadəcə onlara deyərdim ki, yaxşı, bir az hay-küy saldılar, qışqırdılar, bəsdir. Artıq bəsdir. Uzağa getməzdən əvvəl danışıqlar aparılmalıdr. Prezident Tokayevlə razılığa gələ bilərsiniz. O, normal insandır, danışıqlar apara biləcəyiniz diplomatdır. Çox ağıllı, savadlı insandır.

Onlar – qazaxıstanlılar başa düşməlidirlər ki, bura onların ölkəsidir və onların başqa ölkəsi olmayacaq. Buna görə də ölkənin altını üstünə çevirmək, daha sonra onu bərpa etmək baha başa gələcək. Tanrı qorusun, klanlar, qruplar arasında ziddiyyətlər olsa, yenə də razılaşmaq lazım gələcək. Buna görə də, xalq deyimi ilə desək, gedib diz çöküb hərbçilərdən üzr istəmək lazımdır”, - Lukaşenko deyib.

Onun sözlərinə görə, yaranmış çatı bağlamaq üçün dövləti qorumaq istəyən hər kəs Tokayevlə danışıqlar getməlidir.

Lukaşenko Qazaxıstandakı hadisələrin Belarus xalqı üçün də bir dərs olduğunu söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25