Çərşənbə, 24 Aprel

“Kremlin SSRİ-ni bərpa etmək iddiası boş xülya deyil, 5-ci kolon siqnal gözləyir” - Etirazların pərdəarxası

image

“Qazaxıstanda baş verənlərlə bağlı Rusiya xəbərlərinə baxdım. Hadisələri anbaan izləyib, baş verənləri canlı yayırlar. Artıq Rusiya Dumasının rəhbərliyi öz köməkliklərini də təklif edib. Çömçələri əllərindən alınmış keçmiş məmurlar da boş durmurlar. İğtişaşda iştirak edən sadəlöhvlər isə bundan ruhlanıb qalib gələcəklərinə ümidlənib dağıdıb, yandırmaqla məşğuldurlar”.

Bu fikirləri Qazaxıstanda baş verənləri şərh edən tanınmış vəkil Aslan İsmayılov səsləndirib. O bildirib ki, eyni ssenari Qırğızıstanda, Özbəkistanda da baş versə heç kim təəccüblənməsin: “Kremlin SSRİ-ni bərpa etmək iddiası heç də boş xülya deyil. 5-ci kolon bütün keçmiş SSRİ məkanında siqnal gözləyir. Qazaxıstanın Türk Dövlətləri Birliyi istiqamətində aktivliyinin, əlifbasını dəyişməsinin, ümumilikdə Türk birliyinə can atmasının Kremli qıcıqlandırdığına heç kim şübhə etməsin”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Qazaxıstanda baş verən etirazlar bəsit bir xalq ayaqlanması və ya sosial narazılıq deyil: “Etirazların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin iki dəfə artması olsa idi, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə endirməsi ilə hadisələr sakitləşərdi. Təbii yanacağın qiymətinin artması etiraz aksiyalarının başlaması üçün sadəcə bəhanədir. Bəs etirazların pərdəarxasındakı güc kimdir?.

Hesab edirəm Qazaxıstanda baş verən mövcud etirazlar iqtisadi və sosial amillərlə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanmış, anarxiya və xaosa hesablanmış bir senaridir. Məsələ ondadır ki, son günlər rus millət vəkillərinin bir çoxu rəsmi televiziya kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarix boyu mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini iddia ediblər. Kremlin indiki halda Qazaxsıtana baxışını Putinin “Bu torpaqları biz sizə hədiyyə etmişik. Buna görə də bizdən uzaqlaşmağı düşünməyin. Yoxsa hədiyyə verdiyimiz torpaqları əlinizdən alarıq” sözləri ilə izah edilə bilər”.

Bəs Kremlin məqsədi nədir?

Turan Rzayevin sözlərinə görə, Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var: “Birincisi, Qazaxıstan son illərdə Kremlin istəyi xaricində siyasət yeritməyə başlayıb. Belə ki, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli isimlərlə əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və sair qərarlar Kremlin diqqətindən yayınmayıb. Hesab edirəm ki, Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir. İkincisi, Qazaxıstan sahəsinə görə, hazırda dünyanın 9-cu ən böyük ölkəsidir.

Bundan başqa, Qazaxıstan dünyanın ən böyük neft və qaz ixrac edən ölkəsidir. Bununla belə ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini də ruslar təşkil edir. Ölkədə bu qədər rus əsilli vətəndaşın olması Qazaxıstana Kremlin təsirini gücləndirir və gələcəkdə Ukrayna senarisinin baş vermə ehtimalını yüksəldir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37