Bazar, 05 May

Rihanna və “A$AP Rocky“ evlənir - İddia

image

Rihanna və "A$AP Rocky" evlənməyi planlaşdırırlar.

Xəbər verilir ki, ulduzlar yeni ili müğənninin vətəni Barbadosda qeyd etdikdən sonra bu qərara gəliblər.

Bu barədə ABŞ nəşrinə cütlüyə yaxın mənbə məlumat verib.

Hələlik rəsmi təklif olmasa da, insayder bunun yalnız “vaxt məsələsi” olduğuna inanır.

“Rokki tamamilə Rihannanın mükəmməl qadın olduğunu hiss edir, onsuz həyatı təsəvvür edə bilməz. Onlar uzun müddətdir ki, evliliyi müzakirə edirlər və bilirlər ki, hər ikisi bunu istəyir”, - deyə mənbə qeyd edib.

Ulduzlar uzun müddətdir ki, dostdurlar, lakin 2020-ci ilin əvvəlində romantik münasibətləri haqqında danışmağa başlayıblar.

Münasibətlərin təsdiqi yalnız bir il sonra baş verib: 2021-ci ilin may ayında Rokki GQ jurnalına müsahibədə bildirib: "Rihanna həyatımın sevgisidir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15