Cümə, 03 May

Təyyarənin tualetindəki zibil qutusundan yeni doğulmuş körpə tapıldı

image

Təyyarənin tualetindəki zibil qutusunda yeni doğulmuş körpə tapılıb.

Hadisə Mavritaniyanın hava limanında baş verib.

Yeni doğulmuş oğlan uşağı gömrükçülər tərəfindən aşkar edilib.

Onlar zibil qutusunda qana bulaşmış tualet kağızından şübhələnərək körpəni fərq ediblər. Uşaq dərhal müalicə üçün xəstəxanaya göndərilib.

Hava limanı polisi sərnişinləri sorğu-sual edərkən 20 yaşlı madaqaskarlı qadından şübhələnib. Körpənin ona məxsus olduğunu təkzib edən qadın, doğum etdiyini təsdiqləyən tibbi müayinədən sonra saxlanılıb. Hazırda o, xəstəxanada nəzarət altındadır.

Mavritaniyaya iki illik iş icazəsi ilə gələn qadın xəstəxanadan çıxdıqdan sonra yeni doğulmuş körpəsini tərk etdiyi üçün mühakimə olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15