Cümə, 03 May

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

image

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Xəbər verilir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 15-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü R.Səfərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15