Cümə, 03 May

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya keçib

image

Yanvarın 1-də Cənubi Koreyanın Qanqvon əyalətindən naməlum şəxs sərhədi keçərək Koreya Xalq Demokratik Respublikasına (KXDR) keçib.

Xəbər verilir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, onu saxlamaq üçün əraziyə hərbçilər göndərilib və hərbsizləşdirilmiş zonada keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs saat 22.40 radələrində (Bakı vaxtı ilə 17.40) hərbi demarkasiya xəttini keçərək Şimala qaçıb.

KXDR ilə Cənubi Koreya arasında demarkasiya xətti faktiki sərhəd rolunu oynayır. Cənubi Koreya hərbçiləri KXDR-dən olan həmkarlarına bildiriş göndərsələr də, cavab almayıblar.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15