Şənbə, 04 May

Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırdı

image

Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin xahişi ilə aclıq aksiyasını dayandırıblar. 

Xəbər verilir ki, bu barədə məlumatı partiyanın sədri Mika Meliya açıqlayıb.

Meliya bildirib ki, dünən axşam Saakaşvilinin vəkili gürcü siyasətçinin sözlərini aclıq aksiyası keçirənlərə çatdırıb. Saakaşvili onları aksiyanı dayandırmağa çağırıb və vurğulayıb ki, əks halda özü aclıq aksiyasına başlayacaq. Bunun ardınca partiya nümayəndələri aclıq aksiyasına son veriblər.

Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyası Mixail Saakaşvili tərəfindən təsis edilib. Bu yaxınlarda partiyanın 150-dən çox üzvü və fəalları Saakaşvilinin həbsxanadan azad edilməsini tələb edərək aclıq aksiyasına başlamışdılar. Xatırladaq ki, Saakaşvili hazırda 12 saylı Rustavi həbsxanasında saxlanılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15