“ərəb” üzrə 352 nəticə tapıldı
İran müttəfiqlərin ərazisində, hətta onların döyüş əməliyyatları aparması şəraitində belə pilotsuz təyyarələrin yığılması və istehsalını təşkil edə bilir Xəbər verilir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2004-2008), ordu generalı Yuri Baluyevski deyib. "İranın kommersiya baxımından əlçatana olan müxtəlif komponent və materiallardan istifadə etməklə nisbətən ucuz idarə olunan raketlərin və PUA-ların hazırlanmasında ə
Tanınmış səudiyyəli diplomat Məhəmməd əl-Qahtani Qahirədə (Misir) Ərəb-Afrika konfransında çıxış edərkən dünyasını dəyişib. Əl-Qahtani çıxışı zamanı “Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kimin məqamı və dəyəri yoxdur”, - deyib, sonra isə huşunu itirərək yerə yıxılıb. Tibb işçiləri ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, diplomatı xilas edə bilməyiblər. Onun ölümün
Azərbaycan elektrik enerjisi istehsalında 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyir. Ekspertlər bildirir ki, bərpa olunan enerji ilə bağlı cəlb edilən irihəcmli investisiyalar bu hədəfə çatmağa imkan verəcək. Azərbaycanda elektrik enerjisində bərpa olunan enerji mənbələri 2026-cı ilə qədər 24 faizə çatdırılacaq. Bu, dövlət başçısının təsdiqlədiyi 2022-2026-cı illə
Rusiya və Türkiyə ilə birlikdə üçüncü tərəf Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət edəcək. Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasına ( LAS ) üzv ölkələrin daimi nümayəndələri ilə görüşü zamanı deyib. “İstanbulda biz razılığa gələ bildik: Ukrayna minalardan təmizləmə ilə məşğuldur, açıq dənizə gəmilər buraxır,
İsrailin Dəməşq yaxınlığındakı hədəflərə endirdiyi aviazərbələr nəticəsində üç Suriya əsgəri, Livanın “Hizbullah” təşkilatı ilə əlaqəli iki suriyalı və daha üç əcnəbi olmaqla azı səkkiz nəfər həlak olub. Bu barədə Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SİHMQ) açıqlama verib. SİHMQ-nin məlumatına görə, əcnəbilər və “Hizbullah”la əlaqəsi olan suriyalılar Əs-Seyyid-Zeynəb bölgəsində pilotsuz aparatların yığı
“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyi təklif edib”. Xəbər verilir ki, bunu İran səfərindən sonra jurnalistlərə danışan Rusiya Prezidenti Vladimir Putin deyib. Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək planının olub-olmaması ilə bağlı suala cavabında Putin deyib ki, Kiyev martda razılaşdırılmış sülh sazişi layihəsinin şərtlərinə əməl etməyib: “Əlbəttə, yekun nə
İndi əsas sual budur: Səfər Mehdiyev müavin gedəcək, yoxsa müavinin yanına göndəriləcək? “Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgü
Boris Consonun ardınca Almaniya kansleri Olaf Şols da istefaya gedə bilər. Almanları onun xarici siyasətdəki qərarsızlığı qıcıqlandırır. Gah Ukraynaya kömək edir, gah da ehtiyatlı davranır. Kiyevə piyada döyüş maşınları və tanklar vermir, daha sonra razılaşır. Ukraynadakı müharibə Rusiya ilə Qərb arasında iqtisadi və siyasi böhranı günbəgün dərinləşdirməkdədir. Aramsız sanksiyalar qəbul edilir, lakin Rusiyanı çökdürmək siyasəti nəticə
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Cozef Baydenə Birləşmiş Ştatların İraqdakı səhvlərini xatırladıb. Xəbər verilir ki, bu barədə şənbə günü “Al Arabiya” telekanalı Səudiyyə Ərəbistanının adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ Prezidenti ilə jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi
ABŞ prezidenti Co Bayden rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının İstanbuldakı qətlinə görə məsuliyyət daşıdığını bildirib. Xəbər verilir ki, bu barədə CNN telekanalı məlumat yayıb. “Mən görüşün əvvəlində bu məsələni qaldırdım, o zaman bu barədə nə düşündüyümü və indi nə düşü
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, güneyli milli-mədəni fəal Məhsa Mehdili müsahibə verib. Onunla müsahibəni təqdim edirik. - Urmiya gölünün 95 faizinin artıq quruduğu bildirilir. Sizcə, əsrlərdir Urmiyanın, bütöv Güney Azərbaycanın simvollarından biri sayılan göl niyə qurudu, bunun qarşısını almaq mümkün idimi? Bu məsələdə Tehrandakı dini-siyasi hakimiyyətin rol oynadığını deyə
Hindistanın səhiyyə sisteminin rəsmiləri meymunçiçəyinə ilk yoluxma hadisəsini təsdiqləyiblər. Xəbər verilir ki, meymunçiçəyinə yoluxmuş Kerala ştatının 35 yaşlı sakini həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəyə gəlib. Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, hökumət vəziyyəti yaxından izləyir, qabaqlayıcı addımlar atır və epidemiya ehtimalına qarşı dövlətlərlə koordinasiyada çalışır.