“şirkət” üzrə 1836 nəticə tapıldı
Meta şirkəti İran İslam Respublikası ilə əlaqəli 40 hesabı, səkkiz səhifəni və bir qrupu platformadan silib. Xəbər verilir ki, bu barədə Meta şirkəti açıqlayıb. Məlumata görə, sözügedən hesablar və səhifələr əsasən İsrail, Fransa və Bəhreynə yönəlib. Hökumət şəbəkəsi öz əməliyyatları üçün "Facebook", "Twitter", "Telegram", "YouTube" və haker internet qrupları daxil olmaqla müxtəlif platformalardan istifadə edib.
Avropa Komissiyasının sözçüsü Thierri Breton “Apple”a xəbərdarlıq edib. Xəbər verilir ki, buna səbəb şirkətin sertifikatlaşdırılmamış USB-C kabellərinin doldurulma sürətini və digər funksiyalarını məhdudlaşdırmasıdır. Məlumata görə, əgər şirkət bu addımları atarsa Avropa ölkələrində “iPhone” satışı qadağan olunacaq. Bu qadağa yalnız yeni qanunvericilik qüvvəyə mindikdən sonra, yəni 2024-cü ilin sonunda qüvvə
Baş nazirin 29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 29 aprel tarixindən qüvvəyə minib. Hökümətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub. Nəticədə köhnə avtomobillər və onların
Cümə günü Rusiyanın Jukovski Beynəlxalq Hava Limanından Moskva ilə Bakı arasında yeni reys açılıb. Bu barədə marşrut üzrə daşıyıcı olan “Red Wings” şirkətinin baş direktoru Yevgeni Solodilin bildirib. “İlk uçuş 85% yüklə icra olundu, bu, yeni uçuş üçün çox yaxşı göstəricidir”, - deyə Solodilin vurğulayıb. Yeni uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri Jukovskidən, bazar ertəsi və cü
Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan ünvanında təhvil ala bilərsiniz” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi öz ev ünvanını qeyd edərə
İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalını beş gün ərzində 2,5 milyondan çox insan ziyarət edib. Bu, belə tədbirlərdə iştirak üzrə dünya rekordudur. Bu barədə “TEKNOFEST”in bağlanış mərasimində çıxış edən Türkiyə Texnologiya Takımı Vəqfinin rəhbəri Selçuk Bayraktar məlumat verib. O xatırladıb ki, bundan əvvəlki dünya rekordu da 2019-cu ildə 1,72 milyon ziyarətçi ilə elə Türkiyədə keçirilən bu texnoloji tədbirdə qeydə
Onkoloq Nəsimi Məmmədov: “Hər bir tədqiqat təqdirəlayiqdir, amma...” Oksford Universitetinin alimi Conatan Kvok xərçəngə qarşı peyvəndin 2030-cu ilədək hazırlana biləcəyini bildirib. Onun sözlərinə görə, artıq tədqiqatın orta mərhələsində olan bir neçə variant var. “İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkətin və akademik bölmənin iştirak etdiyi bir yarış gedir. Bu yanaşmaların hər birinin üstünlü
Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib. Bu barədə Şuradan məlumat verilib. İclasda “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı”na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar
Köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdıran qərarın qüvvəyə minməsi maşın bazarında qiymətlərə təsir göstərib. Xəbər verilir ki, qiymətlərdə ötən aydan dəyişiklik olsa da, həftəsonu qərarın qüvvəyə minməsindən sonra qiymətlərin bir qədər də bahalaşacağı ehtimal olunur. Ekspertlərin fikrincə, may ayından ikinci əl avtomobil bazarında 3-5 faiz bahalaşma olacaq.
Növbəti beş il ərzində süni intellekt (süni zəka) dünyadakı iş yerlərinin təxminən dörddə birini əvəz edəcək. Xəbər verilir ki, bu barədə "Bloomberg" agentliyi Dünya Bankının (DB) hesabatına istinadən məlumat yayıb. DB hesab edir ki, ilkin mərhələdə süni intellektin tətbiqi əmək bazarında pozulmalara gətirib çıxaracaq. Buna baxmayaraq, ümumilikdə qarşıdakı beş ildə əksər yeni texnologiyaların əmək bazarı
Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb. Bu səbəbdən də İrəvandan Parisə uçan təyyarə Moldova paytaxtına eniş etməli olub. Erməni tərəfi Türkiyəni hava məkanını bağlamaqda ittiham etsə də, bunun həqiqətə uyğun olmadığı bildirilib. Belə ki, Ankaradakı aviasiya sahəsindəki mənbəyə istinadən yayılan məlumata görə, ehtimal ki, Türkiyə öz hava mə
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatı ilə əlaqədar olaraq 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edib. Bu barədə ADY-dan bildirilib. Belə ki, 29 və 30 aprel tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamət üzrə isə 29 və 30 aprel tarixlərində əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25