Şənbə, 20 Aprel

Axtarış

ŞəhriyarMəmmədyarov” üzrə 15 nəticə tapıldı

17.09.2022 - 10:32

Şəhriyar üçüncü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” turniri başa çatıb. Xəbər verilir ki, bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub. Qeyd edək ki, hazırkı müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.


31.08.2022 - 15:50

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarovun qazancı bəlli olub - FOTO

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un IV mərhələsindən qazancı açıqlanıb. Xəbər verilir ki, bu barədə yarışın rəsmi tviter hesabında paylaşım edilib. Turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min ABŞ dollarına sahib çıxıb. Məmmədyarov “Grand Chess Tour”un ümumi sıralamasında 10 xalla səkkizincidir. Təcrübəli şahmatçı ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib. Qeyd


30.08.2022 - 13:29

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib - VİDEO

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərindəki “Grand Chess Tour”un IV mərhələsində məzəli hadisə ilə üzləşib. 37 yaşlı qrosmeyster FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşşi ilə blits qarşılaşmasında səhvə yol verib. Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb. Qaydalara əsasən, Azərbaycan təmsilçisi əlini ata


04.02.2022 - 21:30

“Ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum” - Şəhriyar Məmmədyarov

Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu, dünya reytinqində 5-ci sırada olan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – Nüfuzlu Veyk-An-Zee superturnirində uğurlu çıxışınız münasibəti ilə sizi təbrik edirik. Maqnusa məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz? – Sözsüz turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya ç


24.01.2022 - 10:45

Şəhriyardan növbəti qələbə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib. Xəbər verilir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya (Hindistan) qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan şahmatçımız 46-cı gedişdə rəqibini məğlub edib. Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla norveçli Maqnus Karlsenlə ilk iki pilləni bölüşür. Dairəvi sistem üzrə keçirilən


01.08.2021 - 11:16

Məmmədyarovla Rəcəbov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.


29.07.2021 - 16:35

Aronyan Şəhriyarla bu dəfə ABŞ təmsilçisi kimi QARŞILAŞACAQ

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun səkkizinci mərhələsində iştirak edəcək. Xəbər verilir ki, iyulun 31-də başlayacaq və avqustun 8-də başa çatacaq turnir “Chessable Masters” (“Şahmat ustaları”) adlanır. 100 min dollar mükafat fondu olan yarışda çıxış edəcək 16 şahmatçı arasında Şəhriyar da var. Baxmayaraq ki, turnirin 26 iyun – 4 iyul tarixləri arasında keçirilmiş yeddinci mərhələsi olan “Goldmoney Asian Rapid” turnirində Azə


18.07.2021 - 17:16

Şəhriyar Məmmədyarov Mexitaryana qalib gəldi

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. Xəbər verilir ki, bu gün 4 şahmatçımız yarışda mübarizə aparıb. Əvvəlki iki partiyanı heç-heçə ilə başa vuran Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sərkisyan, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişviliyə tay-brekdə qalib gələrək növbə


11.07.2021 - 14:35

Kasparovu 7 gedişdə "mat" edən Şəhriyar: "28 ildir ki,..."

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb. Xəbər verilir ki. Ş. Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb. "28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gö


10.07.2021 - 10:56

Şəhriyar 6-cı oldu

"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un Rapid turnirində sonuncu turların partiyaları oynanılıb. Xəbər verilir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb. Bu nəticə ilə Şəhriyar Məmmə


17.06.2021 - 18:41

Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

Rumıniyanın paytaxtı Buxarestdəki “Superbet Chess Classic”in qalibi olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun turnirdəki qazancı bəlli olub. Xəbər verilir ki, 36 yaşlı qrossmeyster 90 min ABŞ dolları əldə edib. 6-cı yeri tutan Teymur Rəcəbov isə 22 min 500 dollar qazanıb. Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Superbet Chess Classic”in sonuncu – IX turunda Maksim Vaşye-Laqravla heç-heçə edərək xallarının sayını 6-ya çatdırıb və çempion olub.


03.05.2021 - 09:32

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi

Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyana qalib gəlib. Verilən məlumata görə, Şəhriyar Champion chess tour yarışmasında 3-cü yer uğrunda ikinci matçda 2,5:0,5 hesabı ilə rəqibdən üstün olub. Təmsilçimiz 3-cü yerə sahib çıxıb.  Qalib isə Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə məğlub olub.


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20