Cümə axşamı, 25 Aprel

Axtarış

İsmayıllı” üzrə 151 nəticə tapıldı

27.04.2023 - 15:33

Aprelin 30-da imtahan verəcək şagirdlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirəcək. Mərkəzdən bildirilib ki, imtahanda 48 065 şagirdin iştirakı nəzərdə tutulur. Qeyd olunub ki, 30 aprel 2023-cü il tarixində Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə),


22.04.2023 - 17:32

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:42-də İsmayıllı stansiyasından 14 km cənub-qərbdə İsmayıllı rayonunda qeydə alınıb. Maqnitudası 3,6 olan zəlzələ hiss olunmayıb.


21.04.2023 - 09:21

Bu gün hava necə olacaq?

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axş


20.04.2023 - 09:00

Sakinlər niyə bu rayonları tərk edir? - SİYAHI

İşsizlik Azərbaycanın bölgələrində ən ciddi problemlərdən biridir. Müstəqil ekspertlər ölkədə istər daxili, istərsə xarici miqrasiya səviyyəsinin yüksəkliyini elə bununla əsaslandırırlar. Di gəl, açıqlanan rəsmi rəqəmlər miqrasiyanın gerçək səviyyəsini ölçməyə imkan vermirdi. Əhalinin 2019-cu ildə keçirilən siyahıyaalması bu suala bəlli ölçüdə cavab tapmağa kömək edir, axı siyahıyaalmada həm daimi, hə


11.04.2023 - 17:12

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan pulqabı oğurlamaqda, “


11.04.2023 - 12:44

12 martda keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?

12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti həftənin əvvəli elan olunması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, nəticələr hazır olan kimi elan olunur. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (


06.04.2023 - 18:15

Azərbaycanda ən böyük körpünün tikintisinə başlanacaq

Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq. Məlumata görə, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib. O bildirib ki, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək: "Həmin ərazi sürüşmə


31.03.2023 - 15:48

Aprel ayına olan hava proqnozu

Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağ


24.03.2023 - 14:54

Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB

Azərbaycanın daha bir rayonunda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. ***11:32 İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmə


19.03.2023 - 12:25

İsmayıllıda qəza baş verdi, iki azyaşlı xəsarət aldı

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib. Xəbər verilir ki, hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib. Ətraflı   Qəza nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad


10.03.2023 - 11:06

Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilir?

“Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur”. Xəbər verilir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır: “Bunlar da qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın


03.03.2023 - 12:51

Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqladı

İsmayıllıda qadın özünü bıçaqlayıb. Xəbər verilir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır. İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33