Cümə, 19 Aprel

Axtarış

ÜST” üzrə 2333 nəticə tapıldı

06.08.2022 - 09:30

Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİA

Meymunçiçəyi xəstəliyindən sonra görmə də daxil olmaqla, uzunmüddətli təsirlərin meydana çıxması ehtimal olunur. Virus gözlərə sirayət edərsə, insan tamamilə kor ola bilər. Xəbər verilir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya “İzvestiya” qəzetinə müsahibəsində deyib. “İnfeksiyanın gözlərə yayılması nəticəsində buynuz qişanın iltihabı (keratit) inkişaf


06.08.2022 - 09:00

Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş - FOTO

Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub. Xəbər verilir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub. B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç


05.08.2022 - 19:25

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar. Xəbər verilir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib. Dövlət başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan


05.08.2022 - 19:09

“Bizə ayın sonuna qədər şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər. Xəbər verilir ki, bunu şəhərdə yaşayan ermənilər bildirib. Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib. Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb.


05.08.2022 - 17:40

Cinayət törədən şəxs Azərbaycana ekstradisiya edildi

Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan


05.08.2022 - 17:19

Zəngilanda “ASAN xidmət” fəaliyyətə başlayıb - FOTO

Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn


05.08.2022 - 15:16

Çin Pelosiyə qarşı sanksiyalara hazırlaşır

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın qohumlarına Tayvana “təxribat xarakterli səfər etdiyinə görə” sanksiyalar tətbiq edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir. “Pelosinin çirkin, təxribatçı hərəkəti ilə əlaqədar Pekin ÇXR-in müvafiq qanunlarına uyğun olaraq Pelosi və onun yaxın qohumlarına qarşı sanksiya tədbirləri tətbiq etmək


05.08.2022 - 14:05

Səfirliyimizə hücum London polislərinin gözü qarşısında baş verib - FOTO

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı London polisi diplomatik korpusun qarşısında olub. Xəbər verilir ki, polislər səfirliyin binasına daxil olan və vandalizm aktı törədən radikallara qarşı heç bir tədbir görməyib, əvəzində kənardan hadisələri izləyiblər.  Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyü


05.08.2022 - 12:45

Ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı: Maskalı şəxs...

Tovuzda polisə yalan danışan şəxs ifşa olunub. Xəbər verilir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. O bildirib ki, avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək 35.000 manat pulu və ümumi dəyəri 4000 manat olan qı


05.08.2022 - 10:23

Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. Əldə etdiyimiz məlumata görə, hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən araşdırma aparı


05.08.2022 - 10:03

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı əsgər yoldaşı şübhəli bilinir - YENİLƏNİB

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika Baş Prokurorluğundan verilən məlumata gö


04.08.2022 - 19:40

Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub - SİYAHI

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 4-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20