Cümə axşamı, 25 Aprel

Axtarış

vaksin” üzrə 941 nəticə tapıldı

19.09.2021 - 13:15

Bu ölkələrdə uşaqlar kütləvi şəkildə virusa yoluxdu

ABŞ, İsveçrə, Böyük Britaniya və Yaponiyada uşaqlar arasında sinsitial virusa kütləvi yoluxma qeydə alınıb. Xəbər verilir ki, bu barədə BBC məlumat yayıb. Alimlərin sözlərinə görə, koronavirus pandemiyası sinsitial virusların yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.


18.09.2021 - 20:17

Pandemiya daha iki ilhəyatımızda olacaq –İNFEKSİONİST

Koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı proqnozlar verilir. İstər yerli, istərsə də xarici mütəxəssislər payızda koronavirusun daha güclü dalğası ilə üz-üzə qalacağımızı bildirirlər. Dalğanın söndüyü, yoluxmanın azaldığı bir dövrdə virusla bağlı təşvişedici xəbərlərin gəlməsi insanlar arasında narahatlıq yaradıb. Xəbər verilir ki, həkim-infeksionist Vü


18.09.2021 - 16:50

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 61 657 nəfər vaksinasiya olunub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 431 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 925 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 605 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin


18.09.2021 - 14:44

Gülay Zeynallı koronavirusa yoluxdu

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. Xəbər verilir ki, bu barədə sənətçi özü sosial şəbəkədə məlumat verib.  "Həkim dedi ki, yüngül keçirdirsən. Bu, hələ mənim yüngül keçirməyim idi. Zülm çəkdim. Halsızlıq məni öldürürdü. Yəqin ki, vaksinə görə yüngül keçirmişəm. 14 gün evdə karantində qaldım. Anam mənə qulluq edirdi. İndi düzəlmişəm".


17.09.2021 - 18:38

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.  Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə isə 3 274 860 nəfər təşkil edir.


17.09.2021 - 14:35

Peyvənd olunmayan Flora Kərimova: “Hələ ağlımı itirməmişəm”

“Son vaxtlar koronavirusdan dünyasını dəyişən sənətçiləri bir-bir yola salırıq. İndi kim dünyasını dəyişirsə, qoyurlar koronavirusun boynuna”. Xəbər verilir ki, bunu Xalq artisti Flora Kərimova bildirib. O əlavə edib: “Bu gün internetdə belə bir məlumat oxudum ki, Dünya Səhiyyə Təşkilatı açıqlama verib, bu bəla 2024-cü ilə qədər davam edəcək. Doğrudursa, yalan olsun! Onda belə çıxır ki, həmin vaxta qədə


17.09.2021 - 10:32

“Dördüncü dalğa əvvəlki üç dalğadan da güclü olacaq” - Bədbin proqnoz

Rusiya sentyabrın sonu dördüncü dalğaya hazırlaşır. Artıq mütəxəssislər bunun qaçılmaz olduğunu bildirir. Hər ölkədə dalğa sayları eyni olsa da, bəzilərində gec, bəzilərində tez başlayır. Hazırda Azərbaycan üçüncü dalğanı keçir. Xəbər verilir ki, Seçenov adına universitetin mütəxəssisi Artyom Gil yeni dalğaya səbəb olacaq faktorları açıqlayıb. “Dördüncü dalğa oktyabrın əvvə


16.09.2021 - 19:00

Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 60 384 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 073 nəfərdir. Vaksinlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 235 423 təşkil edir.


16.09.2021 - 18:39

Nazirlik teatrların açılması üçün Operativ Qərargaha müraciət etdi

Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı məlumat yayıb. Xəbər verilir ki, məlumatda deyilir: "İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gü


16.09.2021 - 18:19

3-cü doza vaksin kimlərə vurulmalıdır? - ÜST açıqladı

“Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”. Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. “Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi


16.09.2021 - 17:13

Azərbaycanda son sutkada 1783 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfə


16.09.2021 - 15:38

Çində vaksin olunanların sayı 1 milyardı ötdü

Çində koronavirusa qarşı vaksin olunan əhalinin sayı 1 milyard nəfəri ötüb. Məlumata görə, bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin hesabatında deyilir. Qeyd olunur ki, bu günədək ölkə əhalisinin 70 faizi peyvənd olunub. Ümumilikdə istifadə olunan vaksinlərin sayı isə 2,16 milyardı ötüb.


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33