Şənbə, 04 May

Axtarış

vaksin” üzrə 941 nəticə tapıldı

19.01.2022 - 17:58

Bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 28 097 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster


19.01.2022 - 14:13

ÜST-dən yeni ştamm xəbərdarlığı

Pandemiyanın bitdiyini söyləməkdən çox uzağıq. Ümumiyyətlə, Omikron ştammında daha yüngül simptomlar müşahidə olunur. Ancaq bunun yüngül bir xəstəlik olduğu illüziyasına qapılmayın. Xəbər verilir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib. O, yeni ştamların ortaya çıxa biləcəyini vurğulayıb: "Bir çox ölkədə peyvənd nisbətlərinin aşağı olması xüsusilə narahatedicidir. Çünki


18.01.2022 - 09:00

BMT dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

BMT-nin Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb. Xəbər verilir ki, o, həmçinin, dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib. A.Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin


17.01.2022 - 20:00

Azərbaycanda COVID-19-a qarşı peyvəndlənən yeniyetmələrin sayı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb. Səhiyyə Nazirliyindən verilən cavaba görə, indiyədək 552 nəfər yeniyetmə vaksinasiya prosesində iştirak edib. Bildirilib ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Qeyd olunub ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.


17.01.2022 - 16:33

Yoluxma artdı: Azərbaycan yenidən qapanmaya gedir?

Yoluxma sayının artması ölkədə karantin qaydalarının sərtləşdiriləcəyi ilə bağlı ehtimalları yenidən gündəmə gətirib. Milli Məclisin deputatı Məlahət İbrahimqızı artıq bunun anonsunu verib. O, yoluxma sayının bu templə artacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsinin qaçılmaz olduğunu bildirib. Azərbaycan yenidən qapanmaya gedə bilərmi? Karantin rejiminin sərtləşdiriləcəyi təqdirdə hansı iş yerləri bağlana bilər? Qapanma ölkə iqtisadiyyatı


17.01.2022 - 13:29

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib. Xəbər verilir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan alimlər bu istiqamətdə araşdırma aparıblar. Mütəxəssislər anadangəlmə immuniteti olan insanlarda yeni gen aşkarlayıblar. Onlar bu genin əcdadları Afrikadan gələn hər 10 nəfərdən 8-də olduğunu açıqlayıblar. Eyni zamanda qeyd olunub ki, genin olduğu şəxslər COVİD-19 xəstə


17.01.2022 - 09:40

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı

Yaponiyanın Naqoya Universitetinin tədqiqatçıları bədəndə Kollinsella cinsinə aid bağırsaq bakteriyasının olması ilə koronavirusdan ölüm ehtimalı arasında mümkün əlaqəni tapıblar. Bu barədə “The Japan Times” qəzetinin saytında dərc olunmuş materialda deyilir. Tədqiqatçıların fikrincə, Kollinsella öd turşularını ursodeoksixolik turşuya çevirə bilir ki, bu da koronavirusun yoluxmuş insanın hüceyrə reseptorlarına bağlanmasının qarşısını alır. Beləliklə, bağırsaqda çoxlu sayda bu


16.01.2022 - 17:28

Vurulan vaksinlərin sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə isə 18 944 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 277 “buster” doza vurulub.    


16.01.2022 - 10:59

Anar Bağırov Ədliyyə Nazirliyinin rəsmisinə cavab verdi

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib. Məlumata görə, o qeyd edib ki, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair sosial şəbə


16.01.2022 - 09:00

Uşaqların vaksinasiyasından imtina etməyin ölümcül nəticələri açıqlandı

Uşaqların peyvənd edilməməsi gələcəkdə onkoloji xəstəliklər, sonsuzluq və hətta erkən ölümlə nəticələnə bilər. Bu barədə rusiyalı pediatr, tibb elmləri namizədi İrina Dobretsova xəbərdarlıq edib. Nümunə kimi mütəxəssis meningokok infeksiyasını göstərib. Müvafiq peyvənd edilmədikdə, yoluxduqda, yüksək temperatur və səpgi meydana gəlir, uşaq xəstəxanaya aparılmağa imkan tapmamış ölür.


14.01.2022 - 14:33

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?

“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”. Xəbər verilir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib. O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün): “Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artı


14.01.2022 - 09:00

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 320 937 040 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 5 539 154 xəstə ölüb, 264 068 468 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (65 236 475 nəfər), Hindistan (36 582 129 nəfər), Braziliya (22 815 827 nəfər), Böyük Britaniya (14 967 817 nəfər) və Fransadır (13 240 304 nəfər). Türkiyədə 10 271 240, İranda 6 214 781, Gürcüstanda 979 235, Ermənistanda isə 346 811 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa yoluxan 623 555 nəfərin 8 490-ı ölü


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15