Bazar ertəsi, 06 May

Axtarış

türk” üzrə 753 nəticə tapıldı

31.07.2023 - 18:13

Bu tarixdə Putinlə Ərdoğanın telefon danışığı olacaq

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi bilinmir, iki ölkə lideri avqustun 2-də telefonla danışacaqlar”. Xəbər verilir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.  “Vladimir Putinin görüş barədə açıqlamasından sonra dəyişən heç nə yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çərşənbə günü telefon danışığı planlaşdırılır”, - deyə Peskov bildirib.


30.07.2023 - 14:52

Ürək və təzyiq xəstələrinə CİDDİ XƏBƏRDARLIQ - Yay aylarında...

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib. Xəbər verilir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib. Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi


28.07.2023 - 19:20

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq - Peter Siyarto

Türkiyə qısa zamanda ən güclü 10 ölkə arasında olacaq. Xəbər verilir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyənin xarici İşlər naziri Hakan Fidanla birgə keçirdiy mətbuat konfransında deyib. "Yeni dövrdə Türkiyənin rolu daha böyükdür. Bu, təkcə Macarıstan üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün çox vacibdir", - deyə Macarıstanın xarici işlər naziri bildirib.


28.07.2023 - 14:30

Pınar Dənizlə Kaan Yıldırım evlənir

Türkiyənin məşhur cütlüyü Pınar Dənizlə Kaan Yıldırım evlilik qərarı alıb. Xəbər verilir ki, cütlük ölkə xaricində nikah masasına əyləşəcək. Pərəstişkarları onların fotolarını müşahidə edərək Londonda kirayə götürəcəkləri evi də tapıblar.


25.07.2023 - 19:28

Burak Özçivitin bir paylaşımı 2,7 milyona başa gəlir

Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb. Xəbər verilir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır.  Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.


25.07.2023 - 11:24

100 min rus Türkiyədə yaşamaq izni aldı

Təkcə ötən ildə 99 min rus Türkiyədə yaşamaq icazəsi alıb. Xəbər verilir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜRKstat) məlumat yayıb. Məlumata görə, ruslar ölkədə yaşamaq icazəsi almış əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir.


25.07.2023 - 09:41

Türkiyədə güclü zəlzələ

Türkiyənin Adana vilayətində zəlzələ olub.  Xəbər verilir ki, bu barədə AFAD məlumat yayılıb.  Bildirilib ki, vilayətin Kozan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5.5 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 11.27 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 


24.07.2023 - 14:54

Türkiyə yeni havadan müdafiə sistemi yaratdı

Türkiyənin ASELSAN şirkəti yeni hava hücumundan müdafiə sistemi hazırlayıb. Xəbər verilir ki, bu barədə TRT kanalı məlumat yayıb. Bildirilir ki, “Gürz” adlı sistem aşağı hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. “Gürz” pilotsuz uçuş aparatları (PUA), helikopter, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer sursatlarını məhv edə biləcək. Hava hücumundan müdafiə


21.07.2023 - 14:26

Türkiyə F-16-larla bağlı 2 milyardlıq saziş imzaladı

Türkiyənin “Turkish Aerospace” şirkəti və ASELSAN F-16 qırıcılarının eskadrilyasının modernləşdirilməsinə dair müqavilə imzalayıb. Xəbər verilir ki, bu barədə “Defens Nyus” məlumat yayıb. Məlumata görə, dəyəri 2 milyard dollar olan müqavilə qırıcıları “Block 30” standartına və daha yuxarı səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub: “Turkish Aerospace” və ASELSAN müqavilənin təfərrüatını açıqlamayıb.


20.07.2023 - 13:22

Türkiyədə hamı Nəsrinin bu görüntülərindən danışır - Fotolar

Uzun illərdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə son hərəkəti ilə qalmaqal yaradıb.  Xəbər verilir ki, “Yasak elma” serialında rol alan Nəsrin Bodrum tətilində üst geyimini çıxararaq günəşlənib.  Yaxın dostları ilə tətilə gedən aktrisanın həmin anları paparazzilərə tuş gəlib. Qısa zaman ərzində Türkiyə mətbuatının gündəminə çevrilən Nəsrinin bu hərəkə


15.07.2023 - 09:25

Kılıçdaroğludan istefa çağırışlarına reaksiya

CHP-nin dəyişikliyə yox, yenilənməyə ehtiyacı var. Xəbər verilir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu ona ünvanlanan istefa çağırışlarına münasibət bildirərkən deyib. “Biz sosial-demokrat partiyayıq. Qazi Mustafa Kamalın irəli sürdüyü bir xətt, bir hədəf var. Bunun nəyini dəyişəcəksiniz? Bizim məqsədimiz dəyişməz olaraq qalır”, - CHP lideri bildirib.


13.07.2023 - 15:50

Bayden: Türkiyəyə F-16-ların satışı baş tutacaq

ABŞ administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı müqaviləni tamamlaya biləcək. Xəbər verilir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Əminəm ki, Türkiyə İsveçin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək. Biz Ankaraya F-16-ları sata biləcəyik”, - o bildirib.


Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58