Şənbə, 20 Aprel

Axtarış

səfir” üzrə 620 nəticə tapıldı

20.08.2022 - 19:58

"Ukraynalılar məhv edilməlidir" - Rusiyalı səfir

Ukrayna Xarici İşlər Nazirliyi Avstriyanı ukraynalıların məhv edilməsini təklif edən Rusiya səfiri Mixailo Ulyanovu persona non-qrata elan etməyə çağırıb.  Xəbər verilir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “Twitter” səhifəsində yazıb. "Rusiya səfiri Mixaylo Ulyanov Ukrayna millətini məhv etməyə çağırır. Bu soyqırım bəyanatına dözmək olmaz. Biz Vyanadakı diplomatik ictimaiyyəti Ulyanovu boykot etməyə, Avstriyanı isə


19.08.2022 - 11:47

ABŞ Çexiyaya 8 hücum helikopteri verəcək

ABŞ Çexiyaya səkkiz Bell hərbi helikopteri hədiyyə edəcək. Xəbər verilir ki, bu haqda ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb. Çexiya müdafiə nazirinin sözlərinə görə, bu, NATO ölkəsinin Ukraynaya yardımının bir parçasıdır. Qeyd edək ki, Çexiya hökuməti ordusunu sovet dövründən qalma texnikadan uzaqlaşdırmağa çalışır. Çexiya Ukraynaya hərbi texnika bağışlayan ölkələr arasındadır. 


19.08.2022 - 10:21

Zelenski və Putin İndoneziyada görüşə bilər

Bu il G20 sammitinin noyabr ayında Balidə keçirilməsi planlaşdırılır. Xəbər verilir ki, ABŞ, Kanada və bir sıra digər ölkələrin etirazlarına baxmayaraq, İndoneziyanın ev sahibliyi etdiyi sammitə Rusiya prezidenti Vladimir Putin də dəvət alıb. Ukrayna prezidenti də G20-yə qonaq qismində dəvət alıb.  İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares qeyd edib ki, ölkəsi Ukrayna və Rusiya arasında dialoqu təşviq etmək istəyir.  Lakin bu mə


18.08.2022 - 16:22

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir. Polşanın Jeşuv Beynəlxalq Hava Limanında Ərdoğan Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Fıratla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib. Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və tə


18.08.2022 - 09:00

ABŞ Lavrova BMT-də iştirak üçün viza vermədi

"Amerika Birləşmiş Ştatları BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak edənlərə vizaların verilməsində xüsusi məsuliyyət daşıdığını başa düşür". Xəbər verilir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında iştirak planlarını şərh edərkən deyib.


16.08.2022 - 13:08

Ukraynadan çıxan və İstanbuldan keçən ilk taxıl gəmisi YOXA ÇIXDI

Ukraynanın Beyrutdakı səfirliyi Livandan göndərildikdən sonra limanlarını tərk edən ilk taxıl yüklü gəmi “Razoni”nin aqibətindən xəbərsizdir. “Razoni”nin yükünü Livanda alınmadığı üçün başqa yerə satdığı iddia edilir. Avqustun 1-də Odessadan yola çıxan və içərisində Ukrayna qarğıdalısı olan Syerra-Leone bayraqlı “Razoni” gəmisi Türkiyədə yoxlanılıb. Toyuq yemi olaraq istifadə ediləcək 26 ton qarğıdalını Livandakı alıcı müqavilənin müddə


15.08.2022 - 14:07

Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” cavabı gəldi

Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb. Məlumata görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib. Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır. Qeyd edə


12.08.2022 - 19:43

Ukrayna ABŞ-dan HIMARS üçün sursat və PUA-lar istəyir

Ukrayna ABŞ Müdafiə Nazirliyindən Amerikanın HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri, eləcə də artıq təhvil verilmiş M777-dən başqa haubitsa növləri üçün sursatların tədarükünü təmin etməyi xahiş edib.  Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Bloomberg-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, HIMARS təchizatları döyüşlərin aparılması üçün ç


12.08.2022 - 09:00

İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib

İran Abedin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib. İran İslam Respublikasının Ermənistandakı səfirliyi məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib. 2021-ci il dekabrın sonunda İran hökuməti Xarici İşlər Nazirliyinin təklifini bəyənərək Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib, lakin konsulluq


11.08.2022 - 19:19

Xankəndiyə çatanda ermənilərin telefonuna gələn mesaj - FOTO

Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilərin təəccübünə səbəb olub. Xəbər verilir ki, bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur. Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı


10.08.2022 - 11:01

Səudiyyəli diplomat konfransda çıxış edərkən öldü - VİDEO

Tanınmış səudiyyəli diplomat Məhəmməd əl-Qahtani Qahirədə (Misir) Ərəb-Afrika konfransında çıxış edərkən dünyasını dəyişib. Əl-Qahtani çıxışı zamanı “Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kimin məqamı və dəyəri yoxdur”, - deyib, sonra isə huşunu itirərək yerə yıxılıb. Tibb işçiləri ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, diplomatı xilas edə bilməyiblər. Onun ölümün


08.08.2022 - 18:18

Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək

Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib. Bunu Ukrayna mətbuatına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib. “Zavod tikiləcək. Hökumət ikitərəfli sazişi təsdiqləyib və zavodun özünün tikintisinə dair sazişi ratifikasiya üçün parlamentə göndərib”, - deyə diplomat bildirib. Onun sözlərinə görə, pilotsuz təyyarələr istehsal edən şirkətin sahibi


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20