“səfir” üzrə 499 nəticə tapıldı
Ankaranın Baş Prokurorluğu ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırmaqla aksiya keçirən sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludana və Haaqada Quran nüsxəsini cıran Niderlandda fəaliyyət göstərən “Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri siyasətçi Edvin Vaqensveldlə bağlı araşdırmalara başlayıb. Xəbər
Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyirlər. Əldə etdiyimiz məlumata görə, Azərbaycan səfirliyi İranı tərk edən yeganə diplomatik missiya olmaya bilər. Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər.
Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir. Xəbər verilir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb
İsveç Demokratik Partiyasının sədri Rixard Yomshof Ankaranın qəzəbli reaksiyasına cavab olaraq Türkiyəni daha 100 Quranı yandırmaqla hədələyib. O bildirib ki, söhbət NATO-ya daxil olmaqdan deyil, söz və ifadə azadlığından gedir. Eyni zamanda siyasətçi sözlərinin və hərəkətlərinin Alyansa qoşulmaqdan imtinaya səbəb ola biləcəyindən təəssüfləndiyini bildirib. “Türkiyənin İsveçdəki səfirliyi qarşısında Rasmus Paludanı
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub. Xəbər verilir ki, onun çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib. Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı görüntülərini təqdim edirik:
"Son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub". Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: “Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdı
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir. Xxəbər verilir ki, yanvarın 27-də səhər saat 8:32-da terrorçu səfirliyin binasına daxil olub və içəridə qarşıdurma yaranıb. 4 dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb. Saat 8:37-dən saat 8:44-ə
“Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq”. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək. Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilmə
“Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar”. Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. “Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Tə
Xalq artisti Aygün Kazımovanın doğum günü məclisi bitsə də, səs-sorağı hələ də kəsilmir. Xəbər verilir ki, Kazımovanın özəl gecəsinə axın edən şou-biznesin məşhur simalarının görüntüləri hələ də sosial şəbəkələrdə paylaşılır. Dəbdəbəli ad günü məclisində müğənni Səidə Sultanla Aygün Kazımova öz rəqsləri ilə gecəni coşdurublar. Onların gö
Xaricdə yaşayan blogger Tural Sadıqlının mənəviyyatsızlığın və şərəfsizliyin siması olduğu çoxdan bəlli olsa da, bu gün bir daha onun əsl xisləti ortaya çıxdı. Sən demə Tural Sadıqlının qırmızı sifəti həm də özündə oğraşlığı və fahişəliyi gizlədirmiş. Hər dəfə bir neçə gün çəkən Tural Sadıqlı fahişəliyinin ömrü bu gün cəmi bir neçə saat çəkdi.. Yanvarın 27-si
Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Xəbər verilir ki, hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hücum anının videogörüntülərindən məlum olur ki,