“obyekt” üzrə 646 nəticə tapıldı
Bu gecə İranın müxtəlif bölgələrindəki hərbi obyektlərə havadan zərbə endirilib. Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı
Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Xəbər verilir ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük
"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik". Bunu açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib. O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib. Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən
Son günlər Azərbaycanda soğanın qiyməti mövsüm üçün xarakterik olmayan həddə yüksəlib. İstehlakçılar soğanın bir kiloqlamını bazar və pərakəndə satış obyektlərindən 0,90 manatdan 1,30 manata qədər dəyişən qiymət aralığında alırlar. Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın topdan satış qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə maksimal həddə - bir kiloqramı 0.70 manata
“Biz dünyanın bir parçasıyıq və Beynəlxalq Təhsil Günü də BMT-nin qərarına uyğun olaraq keçirilir. Nəyə görə bəs biz bu günü qeyd etməyək?” Xəbər verilir ki, bu sözləri açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib. Mütəxəssis ölkə təhsilində baş verən problemlərdən, eləcə də illiyi fantastik məbləğlərlə ölçülən özəl təhsil müə
“Bloomberg” Moskvada binaların damlarına PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri quraşdırılmasından yazıb. Xəbər verilir ki, agentlik vəziyyətlə tanış olan rəsmilərə istinadən qeyd edir ki, bu yolla hakimiyyət mərkəzi Rusiyaya hücumlar olacağı təqdirdə onun təhlükəsizliyi təmin etmək istəyir. Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qurğularının quraşdırılması ilə bağlı məlumatı şərh etməyib.
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Xəbər verilir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb. Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağ
Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib. Xəbər verilir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi “Real-İnşaat” MMC seçilib. Qalib şirkətlə tikinti və
Yanvarın 14-də Rusiya Ukraynanın paytaxtı Kiyevə şimal istiqamətindən hücum edib. Bu barədə Ukrayna Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib: “Çox güman ki, bunlar şimal istiqamətindən ballistik trayektoriya ilə uçan raketlərdir. Təəssüf ki, Ukrayna Silahlı Qüvvələri ballistik raketləri aşkar və məhv etmək üçün effektiv vasitələrə malik deyil”. İqnatın sözlərinə görə, mütəxəssislər qalıqlara əsasən düşmənin
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidlər, iradlar hələ də səngimək bilmir və qurumun rəhbəri Vüsal Kərimlinin adı korrupsiyada hallanır. Xəbər verilir ki, adıçəkilən qurumda korrupsiya və yeyintinin həm miqyası, həm də mexanizmi aydın şəkildə görünür. Belə ki, BNA il ərzində dövlətdən təqribən 200 milyon manat dotasiya alır. Sözügedən vəsait isə Kərimliyə yaxın şirkətlər arası
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi onunla bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan bir çox sirlərin üzərindəki pərdəni götürdü. Məlum oldu ki, Talıbov və ailə üzvləri ötən 27 ildə vəzifə səlahiyyətindən sui-istifadə edərək 30 milyard manata yaxın sərvət toplaya biliblər. Bu sıraya dövlət vəsaitinin talan edilməsi, ayrı-ayrı sahibkarlara mə
Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblə