Şənbə, 20 Aprel

Axtarış

novruz” üzrə 207 nəticə tapıldı

20.04.2024 - 09:53

Azərbaycanda yumurta kəskin ucuzlaşdı

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb.  Bəs bu ucuzlaşmanın səbəbi nədir?  Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsə


26.03.2024 - 09:25

Sabahdan tətil başa çatır

Sabahdan Azərbaycanda Novruz bayramı ilə bağlı 7 günlük tətil başa çatır. Xəbərlir ki, qeyri-iş günləri martın 20-də başlayıb. Martın 26-da - bu gün isə son qeyri-iş günüdür. Növbəti iş günü sabah - martın 27-dir. Xatırladaq ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.


20.03.2024 - 08:00

Azərbaycana yaz fəsli gəlib

Azərbaycana yaz fəsli gəlib. Xəbər verilir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:06:21-də qeydə alınıb. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli


19.03.2024 - 20:15

Tətildən sonrakı ilk dərs günlərinin vaxtı AÇIQLANDI

Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart olacaq. Xəbər verilir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, altı günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müə


19.03.2024 - 12:26

Sabahdan 7 günlük Novruz tətili başlayır 

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (7 gün) qeyri-iş günü olacaq.  Xəbər verilir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.  Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Ə


19.03.2024 - 08:56

Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Xəbər verilir ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündə


13.03.2024 - 09:56

Bahalaşmanın yeni dalğası gəlir: Bu məhsulların qiyməti artacaq

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 %, ötən ilin


09.03.2024 - 14:56

Azərbaycanda bu məhsullar BAHALAŞDI - QİYMƏTLƏR

Quru meyvələrin və çərəzlərin qiyməti artıb. Xəbər verilir ki, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var. Satıcılar isə bildirirlər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artı


05.03.2024 - 09:36

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Xəbər verilir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar. Qeyd edək ki,


01.03.2024 - 12:53

Bu ay 16 gün iş olmayacaq

Bu gündən bayramlar ayı sayılan mart daxil olub. Xəbər verilir ki, martda 16 gün iş olmayacaq. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmə


27.02.2024 - 09:38

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Xəbər verilir ki, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsində su və su mənbə


26.02.2024 - 19:00

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz kəsiləcək

Saatlı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, “Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləş


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20