Cümə, 19 Aprel

Axtarış

məhkəmə” üzrə 2137 nəticə tapıldı

20.05.2022 - 18:52

Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - Təfərrüat

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub. Əldə etdiyimiz məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddə


20.05.2022 - 15:23

Eldar Həsənov kassasiya şikayəti verib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində olan hökmdən kassasiya şikayəti verib. Əldə etdiyimiz məlumata görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükə


20.05.2022 - 11:26

Bakıda 3 dost PPX maşınına mindi, düşmək istəmədi

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib. Xəbər verilir ki, “Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən 3 nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını arxadan bağlayaraq düşməkdən imtina ediblər. Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslə


19.05.2022 - 21:30

Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏR

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 31 yaşlı Şəhriyarın hansı səbəbdən 23 yaşlı arvadı Ləman Ələsgərovanı öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.  Məlumata görə, hadisə ötən il noyabrın 29-u saat 13 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şəhriyar Ələsgə


19.05.2022 - 20:16

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib. Şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17-si may 2022-ci il tarixlərində yayımlanan verliş


19.05.2022 - 19:28

Alimpaşa Məmmədovun həbs müddəti bir neçə ay uzadıldı

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib. Əldə etdiyimiz xəbərə görə, təqdimatda seçilmiş həbs-qətimkan tədbirinin uzadılması istənilib. Səbail Rayon Məhkəməsi təqdimatı təmin edərək, Alimpaşa Məmmədovun həbs müddətinin daha beş ay uzadılması ilə bağlı qərar verib. Qanuna gö


19.05.2022 - 18:44

Ukraynanın eks-prezidenti HƏBS EDİLDİ

Kiyevin Peçersk rayon məhkəməsi şəxslərin dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etməkdə şübhəli bilinən Ukraynanın keçmiş prezidentinin həbs-qətimkan tədbiri seçib. Xəbər verilir ki, bu barədə Ukrayna aş Prokurorluğu məlumat yayıb.  İstintaqın məlumatına görə, eks-prezident 2014-cü il fevralın 23-də Donetsk vilayətinin Urzuf kəndi yaxınlığında olub. Həmin gün o, dövlət təhlü


19.05.2022 - 16:40

İmtahan suallarını qanunsuz satan şəxslər həbs edildi

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edilib. Bu barədə Prokurorluğun məötbuat xidmətindən bildirilib. Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edə


19.05.2022 - 15:00

Sabina Katanovanın 130 min manatını mənimsəyən sabiq vəkil HƏBS EDİLDİ

Azərbaycanda sabiq vəkil həbs edilib. Əldə etdiyimiz məlumata görə, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur. O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. Vüqar Səfərlinin əməlindən ən çox zərər çə


19.05.2022 - 10:22

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir - FOTO

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından yeddi il ötür.  2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.  Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb gö


18.05.2022 - 16:11

“MTN işi”: Bank sahibinin 5 mərtəbəli evini zorla Ramiz Mehdiyevin ailəsinin adına keçiriblər

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İş ü


18.05.2022 - 15:28

Şəki sakinini intihar həddinə çatdıran şəxs TUTULDU

Mayın 8-i saat 22 radələində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şəki rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.


Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28