“məhkəmə” üzrə 1935 nəticə tapıldı
İngiltərədə kosmetoloq kimi böyük reputasiyaya malik olan Bolqarıstan vətəndaşı Vanya Qaberovanın “Rusiya agenti” ittihamı ilə saxlanılması ölkədə şok effekti yaradıb. Xəbər verilir ki, İngiltərədə aparılan hərtərəfli təhlükəsizlik araşdırması çərçivəsində 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. İllərdir İngiltərədə yaşayan və müxtəlif işlərdə çalışan şübhəlilə
Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Sumqayıt Ağır Cinayətlər
Bakı Kommersiya Məhkəməsində "Naxçıvan Bank" ASC-nin "VIP Garage Service" MMC-yə qarşı məhkəmə iclası başlayıb. Əldə etdiyimiz məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib. Qeyd edək ki, "Naxçıvan Bank" ASC "VIP Garage Service" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələ
Ötən il Bərdə rayonu Lənbəran kəndində tanışı, 32 yaşlı İsrəfil Hüseynovu güllələyərək qətlə yetirən 1973-cü il təvəllüdlü S.Hacıyevin məhkəməsi başa çatıb. Məlumata görə, S.Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, S.Hacıyevin qardaşı 2019-cu ildə həyat yoldaşından boşanıb
İctimai fəal Rail Abbasov həbs edilib. Xəbər verilir ki, bu barədə AXCP Gənclər Komitəsinin Təşkilat Şöbəsinin sədri Səyyad Quliyev sosial şəbəkədə yazıb. Məhkəmə qərarı ilə onun barəsində dələduzluq maddəsi üzrə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ölkədə tez bir zamanda hakimiyyətin dəyişəcəyini proqnozlaşdırır. O, hökuməti müxalifətlə danışıqlar masasına oturmağa və hakimiyyəti dinc yolla ona ötürməyə dəvət edib. Xəbər verilir ki, o, bu barədə məhkəmə iclasında bildirib. Saakaşvilinin sözlərinə görə, heç kim xalqın iradəsinə müqavimət göstərə bilməz və
Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə ittiham olunan Bəxtiyar Şıxıyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində aparılan
Ötən ilin iyun ayında Xırdalanda yaşadığı evdə oğlunu qətlə yetirən 1965-ci il təvəllüdlü Etibar İbadovun məhkəməsi başa çatıb. Xəbər verilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladı, 1987-ci il təvəllüdlü İlkin İbadovu öldürən E.İbadova hökm oxunub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Araşdı
Lənkəranda 2008-ci il təvəllüdlü Nəcəf bacısının sevgilisi Aydına (adlar şərti verilib - red.) xəsarət yetirib. Xəbər verilir ki, hadisə ötən ilin iyunun 15-də Lənkəran rayonunun kəndində baş verib. Nəcəf ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən bacısı Mələyin qonşuluğunda yaşayan və bacısına sevgi münasibəti bəsləyən Aydının yaşadığı evə getməsini
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo maaş borcuna görə “Yuventus”u məhkəməyə vermək qərarına gəlib. Xəbər verilir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilir ki, Ronaldonun “Yuventus”la gizli müqaviləsi var idi və bu, COVID-19 pandemiyası zamanı Turin klubuna maaşları təxirə salmağa imkan verib. Müqaviləyə əsasən, italyanlar Ronaldoya daha 19,9 milyon avro köçürməlidirlər. Portuqaliyalının ayrılacağı təqdirdə bu ö
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib.
Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırılıb. Daha əvvəl Ermənistanın ABŞ-də üç qatı lobbiçisi - senatorlar Bob Menendes, Kris Van Hollen, konqresmen Kris Smit, eləcə də Azərbaycan və Türkiyə əleyhinə olan amerikalı siyasətçilərin Qubad İbadoğluna dəstəklərini ifadə etdiyini və onun dərhal azadlığa buraxılmasını tələb