Cümə axşamı, 02 May

Axtarış

itkin” üzrə 350 nəticə tapıldı

16.07.2023 - 18:39

Bakıda 37 yaşlı qadın itkin düşdü

Xəzər rayonunda 37 yaşlı qadın itkin düşüb. Xəbər verilir ki, 1986-ci il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib. Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradı


15.07.2023 - 18:56

Brüsseldə mina mövzusuna da toxunulub - Aİ rəsmisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş üçtərəfli görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minaların təmizlənməsi istiqamətində əməkdaşlığın təmin edilməsinin vacibliyi müzakirə edilib. Xəbər verilir ki, bu barədə Şarl Mişel görüşdən sonra keçirdiyi


14.07.2023 - 14:20

Ukraynada azərbaycanlı ailə itkin düşdü - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Rusiya ordusu tərəfindən ötən gecə Nikolayev, Xerson vilayətləri kütləvi dron hücumlarına məruz qalıb. Rusiya ordusu qeyri-sabit hava şəraitindən istifadə edərək dron hücumlarını daha da gücləndirib. Qeyd edilib ki, Donetsk vilayətində vəziyyət olduqca ağırdır. Xüsusilə Baxmut və Avdiyevka istiqamətində


10.07.2023 - 17:22

ABŞ-də daşqınlardan qorxunc görüntülər - VİDEO

ABŞ-də leysan yağışlar Nyu-York küçələrində daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 30 yaşlı qadın ölüb. “The New York Times” qəzeti yazır ki, leysan yağışları bir neçə körpünün dağılmasına səbəb olub, Orinc dairəsində itkin düşənlər var, bir ev dərəyə sürüklənib.  Maşınlar yollarda ilişib qalıb. Fövqəladə hallar qurumunun əməkdaşları onlarla sürü


08.07.2023 - 13:25

Meksika körfəzində neft platformasında güclü yanğın - Ölənlər var - VİDEO

Meksika körfəzində “Petróleos Mexicanos” (Pemex) şirkətinə məxsus neft platformasında güclü yanğın baş verib. Xəbər verilir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə itkin düşüb. Pemex şirkətinin yaydığı məlumata görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.


07.07.2023 - 09:37

Bakıda 24 yaşlı qız itkin düşdü

Bakıda 24 yaşlı qız itkin düşüb. Xəbər verilir ki, hadisə iyulun 5-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Tükəz Şıxbabayeva yaşadığı ünvandan çaxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.


04.07.2023 - 10:34

Bakıda 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb. Xəbər verilir ki, Yasamal rayonunda yaşayan 2009-cu il təvəllüdlü Nuray Zeynalova ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Araşdırma aparılır.


24.06.2023 - 11:57

Bakıda uşaq evindən 18 yaşlı qız yoxa çıxıb

Bakıda uşaq evinin himayəsində yaşayan gənc qız itkin düşüb. Xəbər verilir ki, hadisə iyunun 22-də Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Səadət Mehdiyeva həmin gün saat 16 radələrində yaşadığı uşaq evindən yoldaşları ilə görüşmək adı ilə çıxıb və geri qayıtmayıb. Hadisə ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Bölməsində araşdırma


22.06.2023 - 20:32

Varşavada itkin düşən azərbaycanlının göldən meyiti tapıldı - FOTO

Polşanın paytaxtı Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun göldən meyiti tapılıb. Xəbər verilir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli feysbukda etdiyi paylaşımında bildirib: “Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”. Qeyd edək  ki, Y.Həsənov itkin


21.06.2023 - 14:14

Azərbaycanda polis 35 yaşlı bu qadını axtarır - FOTO

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkə


20.06.2023 - 13:32

Ukraynada edam edilmiş azərbaycanlının meyiti tapıldı - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Rusiya Ordusu yenidən bütün ölkə boyu İran dronları ilə hücuma keçib. Qeyd edilib ki, xüsusilə Xarkov, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətləri genişmiqyaslı hava hücumuna məruz qalıb. “Rusiya Ordusu Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan ərazilərinə “İskəndər” raketləri ilə səhərə qə


15.06.2023 - 10:22

Toydan qayıdanları daşıyan qayıq batdı: 100-dən çox ölü var

Nigeriyanın mərkəzi Kvara əyalətində toydan qayıdan qayıq batıb. Bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, 300-ə yaxın adamı daşıyan qayığın batması nəticəsində aralarında uşaqların da olduğu azı 103 nəfər həyatını itirib, onlarla insan itkin düşüb. Qubernator Abdulrahman Abdulrazaka qurbanların dəqiq sayını açıqlamayıb.


Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15