Cümə axşamı, 28 Mart

Axtarış

hamam” üzrə 85 nəticə tapıldı

08.02.2024 - 09:40

Ağsuda 12 yaşlı qız dəm qazından öldü

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib. Məlumata görə, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib. O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.


04.02.2024 - 12:23

Qızdırıcının partlaması nəticəsində xəsarət alan qadın öldü

Tovuzda yanvarın 30-da hamamda qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alan 28 yaşlı qadın dünyasını dəyişib.  Xəbər verilir ki, Abbasova  Aytəkin Əli qızı bu gecə Tovuz Rayon Mərkəzi  Xəstəxanasında vəfat edib. 


01.02.2024 - 21:31

Bu abonentlərin 30 gün ərzində qazı kəsilə bilər - VİDEO

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu aydan etibarən fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələrin aparılmasına başlanıb. Xəbər verilir ki, ilkin mərhələdə düzgün qaydalara əməl edilməsi üçün vətəndaşlara xəbərdarlıq olunacaq. Əgər problem həll olunmasa, bu zaman həmin abonentlərin 30 gün ərzində qazları kəsiləcək. "Azəriqaz" İB-nin şöbə rəisi İlkin Behbudov hamam


01.02.2024 - 12:45

Dəm qazı yenə can aldı - Bu dəfə 15 yaşlı qız...

Qubada 15 yaşlı qız dəm qazından boğulub.  Xəbər verilir ki, dünən saat 18 radələrində rayonun Hacıhüseynli kəndində 2009-cu il təvəllüdlü Ayla Zeynal qızı Vəlixanova hamam otağında huşsuz vəziyyətdə tapılıb.  O, xəstəxanaya aparılsa da, vəfat edib.  Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. 


31.01.2024 - 09:02

Bakıda azyaşlılar dəm qazından zəhərləndilər

Bakının Sabunçu rayonunda ehtiyyatsızlıqdan iki nəfər zəhərlənib. Xəbər verilir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Vəfa Sadiq qızı Kərimova və 2009-cu il təvəllüdlü Xədicə Heydər qızı Murtuzova çimərkən dəm qazından zəhərləniblər. Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdı


30.01.2024 - 18:25

“Hamamda “pyatiminutka” quraşdırılması qadağandır”

Son günlər dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən vətəndaşların suqızdırıcıları və qazdan istifadə zamanı təhlükəsizlik normalarına düzgün riayət edib-etmədiklərinə dair yoxlamalar aparılıb. Nöqsan aşkarlandıqda, eləcə də texniki şərtlərdən kənara çıxan abonentlərə akt tərtib edilir və onlara


27.01.2024 - 15:28

Bir neçə saniyə ərzində öldürür: Bu qaydalara əməl etməsəniz...

Son günlər dəm qazından boğulma və ölüm hadisələrinin sayı xeyli artıb. Hər gün 1, bəzən 2 nəfərin dəm qazının qurbanı olduğunu görürük. Təəssüf ki, qış fəsli başlayandan bəri bu cür bədbəxt hadisələr tez-tez baş verir. Bəs görəsən insanlar dəm qazından qorunmaq üçün hansı tədbirləri görməlidir?  Mövzu ilə bağlı


26.01.2024 - 17:15

Astarada ana və qızı dəm qazından boğularaq öldülər

Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb. Xəbər verilirki, hadisə rayonun Penser kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası, 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib. Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müə


25.01.2024 - 16:42

64 yaşlı kişi dəm qazından boğularaq ölüb

Bakıda 64 yaşlı kişi dəm qazından boğulub. Xəbər verilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Xələf Hacıbaba oğlu Xələfov evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


24.01.2024 - 10:20

Ana və qızı dəm qazından zəhərlənərək öldü 

Göygöl şəhərində ana və qızı dəm qazından zəhərlənib.  Xəbər verilir ki, 1967-ci il təvəllüdlü Aygün Məmmədova və anası 1934-cü il il təvəllüdlü Minayə Məmmədova yaşadıqları evin hamamında olarkən dəm qazından zəhərlənərək ölüblər.  Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. 


22.01.2024 - 10:44

Sabiq prokuroru şantaj edən dəstə üzvləri Ali Məhkəməyə müraciət etdilər

Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, İlqar Əliyev və Elnur Eldarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Əldə etdiyimiz məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 24-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Əliyev 7 il 6 ay, E.Eldarovla N.Nuriyevin


18.01.2024 - 12:00

Bakıda hamilə qadın faciəvi şəkildə öldü

Hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Səmayə Xalid qızı Məmmədova evin hamam otağında dəm qazından boğulub. Xəbər verilir ki, o, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, ölən qadın hamilə olub.


Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56