Şənbə, 20 Aprel

Axtarış

final” üzrə 234 nəticə tapıldı

18.04.2024 - 09:33

Çempionlar Liqası: “Real Madrid” yarımfinala yüksəldi

İspaniyanın “Real Madrid”i Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti”sini penalti seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb. Xəbər verilir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Matçda “Real Madrid”dən Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt bərabərə bitdiyindən (ilk oyunda 3:3 hesablı heç-heçə olub) mübarizə əlavə vaxtda davam edib. Matçın əlavə vaxtında


04.04.2024 - 16:57

“Avroviziya” şərhçimiz bəlli oldu

“Avroviziya-2024”​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək. Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarı


04.04.2024 - 16:18

UEFA “Qarabağ”a ödəniş etdi 

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.  Xəbər verilir ki, Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.  Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. 


02.04.2024 - 10:18

“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub. Xəbər verilir ki, bu gün keçiriləcək “Neftçi” - “Qarabağ” oyununu Rəvan Həmzəzadə idarə edəcək. “Zirə” - “Qəbələ” görüşündə baş hakim İnqilab Məmmədov olacaq. Azərbaycan Kuboku, yarımfinal mərhələsi İlk oyunlar 2 aprel (çərşənbə axşamı) 20:00. “Neftçi” - “Qarabağ” Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cə


30.03.2024 - 16:00

Türkiyədə növbədənkənar prezident seçkisi?

“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib. Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin


26.03.2024 - 09:44

"Spartak" da Qurban Qurbanovu istəyir

Qurban Qurbanov əla mövsüm keçirdi. Düşünürəm ki, bir çox klublar ona diqqət yetirir. “Latsio”dan, Türkiyə çempionatından söhbət gedir. Xəbər verilir ki, bu barədə futbol agenti Ramil Adıgözəlov “Leqalbet” ilə söhbətində bildirib. O, Rusiyanın köklü komandasının da azərbaycanlı mütəxəssislə maraqlandığını qeyd edib: "Ehtimal ki, “Spartak” da onun arxasınca düşüb. Ona böyük tələbat var və bu mə


25.03.2024 - 13:50

Van Dammın gəlini anası ilə belə dincəlir - FOTOLAR

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib.  Xəbər verilir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Liqa şəhərində görüşüb.  Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb.  Xatı


17.03.2024 - 10:15

Olavio Juninyodan ilk PAYLAŞIM - FOTO

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib. 27 yaşlı hücumçu şəxsi instaqram hesabında həm fotolar, həm də fikirlərini bölüşüb.  "Tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm",-deyə braziliyalı forvard qeyd edib.  Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"ın heyətində "Bayer 04"lə hər iki qarşılaşmada fərqlənməyi


15.03.2024 - 13:19

İngilis hakimə yaraşmayan hərəkət idi - Qurbanov

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Xəbər verilir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cə


15.03.2024 - 12:12

Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq

UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşiblər. Ən güclü səkkiz komanda arasında yer alan Türkiyənin “Fənərbağça” klubu növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. 1/4 final: “


14.03.2024 - 20:40

Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq. "Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka "Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo


13.03.2024 - 15:08

"Bayer"də "Qarabağ"la oyun öncəsi CİDDİ İTKİLƏR

Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq. Xəbər verilir ki, Leverkuzen təmsilçisi 3 futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır. Qeyd edək ki, sabah “BayArena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20