Şənbə, 20 Aprel

Axtarış

covid19” üzrə 1055 nəticə tapıldı

02.09.2021 - 18:59

İranda bir gündə 595 nəfər COVID-19-dan ölüb

İranda ötən sutka ərzində 595 nəfər koronavirusdan (COVID-19) ölüb. Aldığımız məlumata görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib. Bununla da İranda bu virusdan ölənlərin sayı 108 988 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 30 279 nəfər koronavirusa yoluxub. Ölkədə bu virusa yoluxanların sayı 5 055 512 nəfərə çatıb.


02.09.2021 - 14:13

Müğənni Talıb Tale Azərbaycana buraxılmadı

Müğənni Talıb Tale Azərbaycana buraxılmayıb. Xəbər verilir ki, Gürcüstanda istirahətdə olan Talıb Tale COVİD-19 pasportuna görə ölkəmizə buraxılmayıb: "Tbilisidəyəm, əslində indi Bakıda olmalı idik. Amma doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsi ilə xaricə səfər etdik. COVİD pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də COVİD pasportu


02.09.2021 - 13:55

Əks-göstəriş sertifikatı belə alınmalıdır - QAYDALAR

Səhiyyə Nazirliyi vaksinasiya olunmayan şəxslərin əks göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb. Nazirlikdən verilən məlumata görə, əks göstəriş sertfikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir: “Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şə


02.09.2021 - 10:53

Birinci doza peyvənd olunanlar qapalı məkanlara belə BURAXILACAQ

Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Yoxlanış zamanı


02.09.2021 - 09:15

Yoluxmalar nə üçün sürətlə artır? - ÜST səbəbləri açıqladı

Hazırda Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə COVID-19-a yoluxma halında artım müşahidə edilir. Xəbər verilir ki, bunu Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O, yoluxma sayındakı artımın səbəblərini açıqlayıb: "Bu artım hallarında Delta daxil olmaqla, virusun yeni ştammlarının meydana çıxması, ölkələrin ictimai səhiyyə və sosial tədbirləri


01.09.2021 - 16:42

Açıq havada olan kafe və restoranlarda COVID pasportu tələb olunmayacaq 

“Bu gündən etibarən restoranlara ancaq koronavirusa qarşı hər iki doza peyvənd olunan şəxslər buraxılır”. Bunu açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. E. Hacıyev bildirib ki, COVİD pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq: “DİN, AQTA, Dövlət Vergi Xidməti və Rayon İcra


01.09.2021 - 16:20

Həkimdən SOS: Vəziyyət ciddidir, palatalar dolur - VİDEO

Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar. Xəbər verilir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.


01.09.2021 - 13:15

"Bitkilər də xəstəlik daşıyıcısı ola bilər"

"Müasir çağırışların tələbələrinə uyğun fəaliyyət göstərmək lazımdır. Hər hansı torpağın əkilməsi orada sahibkarlıq fəaliyyəti olması demək deyil". Xəbər verilir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, həmin torpaqlarda əkin müasir tələblərə uyğun həyata keçirilməlidir. “Əkin sahəsi dezinfeksiya olunmalıdır.


01.09.2021 - 12:56

Birinci doza vaksin vurduranların nəzərinə: Məhdudiyyətlər olacaq

"Bəzən insanlar COVID-19 pasportu ilə ilk dozanın vurulması zamanı verilən vəsiqəni səhv salırlar. Bu gündən etibarən isə fəaliyyətinə icazə verilən müəyyən sahələr (iri ticarət və ictimai iaşə obyektləri) var ki, COVID-19 pasportu olmayanalar həmin yerlərə buraxılmayacaq". Xəbər verilir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “İctimai TV”yə müsahibəsində deyib. Nazirlik rəsmisi ç


01.09.2021 - 11:33

Avropada əhalinin 70 faizi tam peyvənd olunub

Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşların 70 faizi tam vaksinlənib. Xəbər verilir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb. O bildirib ki, regionda əhalinin bütün yaş qrupları üzrə vaksinasiyası davam edəcək. Qeyd olunub ki, yayın əvvəlindən Aİ ölkələrində 12 yaşdan yuxarı uşaqların da peyvəndlənməsi start götürüb.


01.09.2021 - 10:32

Yalnız COVID-19 pasportu olanlar bunu edə biləcək

Bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Xəbər verilir ki, bu, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda


01.09.2021 - 09:36

Azərbaycandan Rusiyaya səyahət etmək üçün yeni qaydalar

Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Xəbər verilir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20