“cavab” üzrə 1849 nəticə tapıldı
Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə sabiq deputat Qalib Salahzadəyə məxsus bağ evinə baxış keçirilib. Xəbər verilir ki, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan əraziyə baxışda həm iddiaçı (Qalib Salahzadə və qohumları), həm də cavabdeh tərəfin (Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu) nümayəndələri iştirak ediblər. İddiaçı
Fransada pensiya yaşının artırılmasına qarşı ikinci ümummilli tətil keçirilir. Xəbər verilir ki, ölkənin qərbindəki Renn şəhərində nümayişçilərlə polis arasında toqquşmalar artıq başlayıb. Məlumata görə, aksiyada 23 minə yaxın insan iştirak edir. Qeyd olunur ki, "Qara blok" hərəkatının radikalları zibil qutularını yandırır, polis əməkdaşlarına butulkalar atırlar. Polis gözyaşardıcı qaz və su şırnaqları ilə
Aparıcı Rövşanə Ağasəfqızı və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasında qalmaqal yaşanıb. Xəbər verilir ki, onlar “Sabah saxlamayaq” verilişində “Əqrəb mövsümü” serialından danışarkən mübahisə ediblər. Buna səbəb isə R. Ağasəfqızının ekran işindəki dilimizdən istifadə ilə bağlı qaydalara irad bildirməsi olub: “Xoşuma gəlməyən tərəfləri söyləyəcə
“Artıq məhdud çevrədə müharibənin başladığını söyləmək olar”. Xəbər verilir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib. O, İrana endirilən zərbələrö şərh edib. “İrana pilotsuz təyyarələrin zərbələri davam edir və intensivləşir. Lakin İsrail bu zərbələri boynuna almır. Görünür, zərbələri ABŞ-ın iştirakı ilə İsrail endirir. Lakin ABŞ-ın
Çin ABŞ-ni hədələyib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. O iddia edib ki, ABŞ Ukrayna səbəbindən Çinə qarşı əsassız ittihamlar irəli sürür. “Bu səbəbdən də Çin öz şirkətlərinin hüquqlarının pozulmasına cavab olaraq susmayacaq”, - deyə o qeyd edib.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamazdan öncə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun tərəfindən raket hücumu ilə hədələndiyini açıqlayıb. Xəbər verilir ki, bu fikirlər Putinin dünya liderləri ilə təmaslarını araşdıran BBC-nin sənədli filmində yer alıb. Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya
2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır. Bu barədə sorğusuna cavab olaraq ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib. Qeyd edilib ki, övladlığa verilən uşaqlardan 214 nəfəri sağlam, 1 nəfəri isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir. Həmçinin Agentlikdən bildirilib ki, 2022-ci ildə övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dö
Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib. Xəbər verilir ki, vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub. Faktla bağlı araşdırmalar aparılır. Əldə etdiyimiz məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyası
İsveç Demokratik Partiyasının sədri Rixard Yomshof Ankaranın qəzəbli reaksiyasına cavab olaraq Türkiyəni daha 100 Quranı yandırmaqla hədələyib. O bildirib ki, söhbət NATO-ya daxil olmaqdan deyil, söz və ifadə azadlığından gedir. Eyni zamanda siyasətçi sözlərinin və hərəkətlərinin Alyansa qoşulmaqdan imtinaya səbəb ola biləcəyindən təəssüfləndiyini bildirib. “Türkiyənin İsveçdəki səfirliyi qarşısında Rasmus Paludanı
Bu gecə İranın müxtəlif bölgələrindəki hərbi obyektlərə havadan zərbə endirilib. Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı
Xankəndidəki separatçı rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə təxribatçı davranışı ilə seçilib. Xəbər verilir ki, o, Ağdərə rayonununda ermənilərin yaşadığı kəndlərə gedərək icma rəhbərləri ilə çardaqda toplantı keçirib. Separatçı böhran vəziyyətində olmalarından gileylənib. O qeyd edib ki, proseslərin qondarma rejimə çox böyük mənfi təsirinə və çətinliklərə baxmayaraq, böhran onlara müəyyən
“Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub. Cinayətkar dindirilmə zamanı ilkin ifadəsində bildirib ki, hadisəni törətməsinə səbəb şəxsi münasibətlər və ailə problemləri olub”. Bu barədə Tehran polisinin rəisi briqada generalı Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında bəyan edib. “Polisin çevik tədbirləri sayəsində basqın edən şəxs dərhal tutulub və barəsində cinayət işi başlanıb”,