“ayı” üzrə 18979 nəticə tapıldı
Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) baş direktoru Saleh Novruzi vəzifəsindən azad edilib. Xəbər verilir ki, bu barədə nazir Teymur Musayev müvafiq əmr imzalayıb. Nazirin müvafiq əmri ilə “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nin baş direktor vəzifəsi müvəqqəti olaraq Samir Akif oğlu Musayevə həvalə edilib. Qeyd edək ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mə
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub. Xəbər verilir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb. Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər. “Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bə
“Bu il əvvəlki illərlə müqayisədə abituriyentlərin sayında artım müşahidə olunur. Bu artım isə ən çox 1 və 3-cü ixtisas qruplarında öz əksini tapır. 1-ci qrupa istər valideynlərin, istərsə də abituriyentlərin istiqamətlənməsində bir sıra səbəblər var”. Bu fikirlər təhsil eksperti Ramin Nurəliyevə aiddir. Ekspert “Yenisabah”a açıqlamasında 1-4-cü qruplardakı ən çox perspektivli ixtisasları şərh edib: “1-ci qrupu seçən abituriyentləri iki yerə bö
“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb. Xəbər verilir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib. Onun sözlərinə görə, qiymət 10% yox, 9% artırılıb. Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitə
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Xəbər verilir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan "Factor"un sorğusuna cavab olaraq bildirilib. O qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır. “Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul
"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılır. Həmin mənzillərin satış qiymətinə nəzər salsaq, görərik ki, bu evlər ölkə ərazisində tikilən bütün çoxmənzilli yaşayış binalarında olduğundan daha ucuz qiymətə satışa çıxarılır. Yəni burada söhbət maya dəyərində
Qəzzada ölənlərin sayı 34 min 844-ə yüksəlib. Xəbər verilir ki, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində daha 55 fələstinli n həyatını itirib, 200 fələstinli isə yaralanıb. Həmçinin açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin qaldığı, İsrail qüvvələrinin maneə
Fransa hərbçiləri Ukraynanın münaqişə zonasında görünsələr, Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər. Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 8-də keçirdiyi brifinqdə bildirib. O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməyin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən deyib: "Əgər fransızlar münaqişə zonasına
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyalarını ödəyib. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
ABŞ-ın Viskonsin ştatında orta məktəb müəllimi 11 yaşlı şagirdə təcavüz etməkdə ittiham olunub. Xəbər verilir ki, 11 yaşlı oğlanın anası polisə ərizə ilə müraciət edib. Qadın deyib ki, oğlunun telefonunda nalayiq yazışmalar tapıb. Uşağa mesajları 24 yaşlı müəllim Madison Berqmann yazıb. Müəllimin mənzilində aparılan axtarış zamanı onun oğlanla yazışdığına dair qeydlər tapılıb. Amerikalı qadının uşaqla
Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. Xəbər verilir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 970 hərbçisini itirib. Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 477 430 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 19 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci