Cümə axşamı, 25 Aprel

Axtarış

ata” üzrə 11045 nəticə tapıldı

24.04.2024 - 21:44

ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. “Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda


24.04.2024 - 20:26

Bayden "TikTok"la bağlı qanunu imzaladı

ABŞ Prezidenti Cozef Bayden ölkədə "TikTok"u qadağan edən qanun imzalayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qanuna əsasən, "TikTok"un sahibi olan "ByteDance" şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq. Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış


24.04.2024 - 16:50

Bu müddətdən sonra pensiyalar... - ŞAD XƏBƏR

Əmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır. Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə ç


24.04.2024 - 15:54

İmmunçatışmazlığı olan hər il qripə qarşı peyvənd edilməlidir - SN

Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir. Xəbər verilir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib. Pediatr qeyd edib ki, infeksiya (bakteriya və ya virus) ilə qarşılaşma ciddi ağırlaşmalara səbəb ola bilər


24.04.2024 - 12:04

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. Xəbər verilir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır. Onlar maqnit enerjisi Günəşin atmosferində toplandıqda və ondan tez ayrıldıqda baş verir. Partlayışlardan üçü günəş ləkə


24.04.2024 - 11:28

Maskın şirkətinin mənfəəti 2 dəfədən çox azalıb

2024-cü ilin birinci rübündə Amerikanın və dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı "Tesla Inc."in gəlirləri 9 faiz, xalis mənfəəti isə 2,2 dəfə azalıb. Xəbər verilir ki, bununla belə, şirkətin səhmləri mənfəət hesabatının dərcindən sonra hərraclarda 13 faizdən çox bahalaşıb. Hesabatda "Tesla" daha çox aşağı büdcəli avtomobillər də daxil olmaqla, robotaksilərin və yeni elektrik avtomobil modellərinin inkişafına


24.04.2024 - 11:02

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax,


24.04.2024 - 09:21

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır.  Əldə etdiyimiz məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq.  Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması


23.04.2024 - 21:32

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Azərbaycanın bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Məlumata görə, Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti ü


23.04.2024 - 19:51

Paşinyanın 4 kəndi geri qaytarmasının ƏSL SƏBƏBİ

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu


23.04.2024 - 19:29

"Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması zəruridir" - Rusiya XİN

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (RF XİN) Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının, regionda nəqliyyat kommunikasiyalarının açılmasının və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının həyata keçirilməsinin zəruriliyini qeyd edib. Xəbər verilir ki, bu barədə RF XİN kollegiyası


23.04.2024 - 15:58

Azərbaycanda polisə çağırılan kişi özünü öldürdü

Tovuzda intihar hadisəsi olub. Məlumata görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Ələkbərov Ruslan Rafiq oğlu bu səhər yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb. Əldə etdiyimiz məlumata görə, R. Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış. Daxili İşlə


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33