Cümə, 19 Aprel

Axtarış

Yuventus” üzrə 47 nəticə tapıldı

17.02.2024 - 13:31

“Yuventus”un Poqba ilə bağlı planları üzə çıxdı

“Yuventus” futbol klubu növbəti transfer pəncərəsində yarımmüdafiəçi Pol Poqba ilə yollarını ayırmağı planlaşdırır. Bildirilir ki, İtaliya komandası fransıza ümid bəsləmir. Klub ondan və yüksək maaşından qurtulmaq istəyir. Poqba “Yuventus”a 2022-ci ilin yayında keçib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm fransalı futbolçu komandasının iki oyununda iştirak edib və fərqlənə bilməyib.


23.10.2023 - 09:21

"Yuventus" "Milan"ı məğlub etdi

İtaliya A seriyasının 7-ci turunda "Milan" "Yuventus"u qəbul edib. Xəbər verilir ki, "San Siro" stadionunda keçirilən İtaliya derbisində Turin təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. 63-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli Timoti Veanın ötürməsi ilə hesabı açıb, qonaqları önə keçirib. Qeyd edək ki, bu matçın nəticəsindən sonra "Milan" A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Yuventus” 9 oyundan


28.09.2023 - 11:00

Ronaldodan növbəti REKORD

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo məğlubiyyətsiz oyunlara görə dünya rekordu qırıb. Xəbər verilir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı məlumat yayıb. Hesablamalara görə, "Əl-Nəsr" – "Persepolis" oyunundan (2:0) sonra 38 yaşlı forvard artıq uduzmadığı min qarşılaşma keçirib. Onlarda 776 qələbə qazanıb, 224 heç-heçə olub. Bundan sonra Ronaldu öz klubunun heyətində daha bir qə


16.09.2023 - 15:20

Ronaldo “Yuventus”u məhkəməyə verir - SƏBƏB

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo maaş borcuna görə “Yuventus”u məhkəməyə vermək qərarına gəlib. Xəbər verilir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilir ki, Ronaldonun “Yuventus”la gizli müqaviləsi var idi və bu, COVID-19 pandemiyası zamanı Turin klubuna maaşları təxirə salmağa imkan verib. Müqaviləyə əsasən, italyanlar Ronaldoya daha 19,9 milyon avro köçürməlidirlər. Portuqaliyalının ayrılacağı təqdirdə bu ö


05.06.2023 - 09:24

Zlatan İbrahimoviç karyerasını bitirdi

Zlatan İbrahimoviç karyerasını başa vurub. 41 yaşlı ulduz futbolçu bu qərarını A seriyasının sonuncu turunun “Milan” – “Verona” matçından sonra açıqlayıb. İsveçli forvard bildirib ki, hər zaman “Milan”lı olaraq qalacaq: “Futbolla sağollaşıram, sizlərlə yox”. Qeyd edək ki, karyerası boyunca “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, “Mançester Yunayted” PSJ, “Los Anceles Qalaksi” kimi müxtəlif klublarda oynamış İbrahimoviç ümumilikdə meydana çıxdığı 819 matçda 493 qola imza atıb.


29.05.2023 - 13:06

“Yuventus” Çempionlar Liqasında oynamayacaq

İtaliyanın “Yuventus” klubu son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Xəbər verilir ki, komanda 37-ci turun matçında "Milan"a 0:1 hesabı ilə uduzub. Beləliklə, turinlilərin ölkə çempionatında keçirdiyi 37 oyundan sonra 59 xalı var. Klub A Seriyasının turnir cədvəlində yeddincidir. Xatırladaq ki, mayın 22-də İtaliya Federal Apellyasiya Məhkəməsi Turin klubunu maliyyə hesabatları ilə saxtakarlığa görə A Seriyasının turnir cədvəlində on xaldan məhrum etmiş


27.05.2023 - 16:35

Messi vida oyununa dəvət olunub

“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək. Xəbər verilir ki, iyunun 25-də oynanılacaq matçın ertəsi günü Rikelmenin 45 yaşı tamam olacaq. Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək. Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya və Leandro Paredes də iştirak edəcəklər. Matça, həmçinin Rikelmenin sabiq komanda yoldaşları da qatılacaqlar.


10.05.2023 - 18:30

“Mançester Yunayted” rekord transferə hazırlaşır

“Mançester Yunayted” Portuqaliyanın “Benfika” klubunun hücumçusu Qonsalu Ramoşun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar” 21 yaşlı forvard üçün 115 milyon avro ödəməyə hazırdır. Keçid reallaşsa, bu klub tarixinin ən bahalı transferi olacaq. “Mançester Yunayted” daha əvvəl 2016-cı ildə “Yuventus”dan Pol Poqbanı heyətinə qatarkən 105 milyon avrosundan keçib. Qonsalu Ramoş bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 25 qol və 11 məhsuldar ötürmə


08.04.2023 - 13:59

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək. Xəbər verilir ki, İngiltərə Premyer Liqasında XXX turun açılış matçında “Mançester Yunayted” “Everton”u sınağa çəkəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Baş məşqçi postuna Frenk Lempardı gətirən “Çelsi” “Vulverhempton”un qonağı olacaq. Çempionluq uğrunda mübarizə aparan “Mançester


09.02.2023 - 18:39

“Real”, “Barselona” və “Yuventus” yenidən hərəkətə keçdilər

Bu gün Avropa Super Liqasının baş direktoru Bernd Reynhart təsisçi klubların layihənin yeni versiyasını işə salmaq istədiklərini açıqlayıb. Bu barədə A22-dən (Super Liqanın törəməsi) bildirib. Məlumata görə, bununla bağlı 50-dən çox klubla əlaqə saxlanılıb. Layihənin tam təfərrüatı hələ açıqlanmayıb. Bildirilir ki, burada daimi iştirakçıları olmayan 60-80 komanda və bir neçə diviziyanın olması planlaşdırı


06.01.2023 - 13:09

Canluka Vialli vəfat etdi

İtaliyalı veteran futbolçu Canluka Vialli dünyasını dəyişib. Xəbər verilir ki, keçmiş hücumçu 58 yaşında vəfat edib. Vialli bir müddətdir xərçəngdən müalicə olunurdu. Qeyd edək ki, Canluka Vialli karyerası ərzində “Kremoneze”, “Sampdoriya”, “Yuventus” və “Çelsi”də çıxış edib. O, İtaliya yığmasının heyətində keçirdiyi 59 matçda 16 qol vurub. Vialli “Çelsi” və “Uotford”da məşqçi kimi də çalışıb.


14.12.2022 - 19:45

Fransanı yarımfinala daşıyan qeyri-fransızlar, Mərakeşlə sensasiyaya imza atan ikili vətəndaşlar

Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinalında mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq. Oyuna maraq o qədər böyükdür ki, hər iki komandanın heyətində çıxış edən futbolçuların etnik kimlikləri də futbol ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Belə ki, Fransa millisinin əsas heyət oyunçuları arasında yalnız bir futbolçu – 


Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28