Cümə, 19 Aprel

Axtarış

Ukrayna” üzrə 4492 nəticə tapıldı

23.03.2024 - 11:34

Rusiyanın vilayətləri atəşə tutuldu - 1 ölü, 5 yaralı

Ukrayna Silahlı Qüvvələrinə məxsus çoxsaylı pilotsuz uçuş aparatları Rusiya ərazisinə zərbələr endirib. Xəbər verilir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Bildirilib ki, PUA-lar Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum edib. Zərbələr nəticəsində bir sıra strateji obyektlərə və yaşayış yerlərinə ziyan dəyib. İlkin məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfə


23.03.2024 - 11:04

Moskvadakı terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb

Bryansk vilayətində "Crocus City Hall"a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb. Xəbər verilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub. Onlardan 2-si saxlanılıb, dörd nəfər isə qaça bilib. Saxlanılanlar Tacikistan vətəndaşlarıdı


23.03.2024 - 10:56

Benzinlə bağlı xəbərdarlıq edildi: - Azərbaycanda nə olacaq?

Rusiya neft emalı 2024-cü ilin əvvəlində ikiqat zərbə ilə üzləşib. Sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir və pilotsuz təyyarələrin hücumları dəyən ziyanın sayını artırır. Energetika və Maliyyə İnstitutunun (IEF) iqtisadiyyat şöbəsinin rəis müavini Sergey Kondratyev “Forbes”dəki köşə yazısında ölkənin yayda benzin qıtlığı ilə üzləşəcəyinə dair xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya


21.03.2024 - 15:00

Bu, ölüm-dirim məsələsidir: Qərb bu dəliyə mane olmalıdır

Rusiya Prezidenti Vladimir Putin məğlub olmalıdır, bu, demokratik dünya üçün ölüm-dirim məsələsidir. Xəbər verilir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. “Müxtəlif çağırışlar qarşısında dayanıqlı olmalıyıq, Putini məğlub etmək üçün ehtiyatlı olmalıyıq və Qərbin gücünə dair şübhələrin bu dəliyə kömək edəcəyi vəziyyətə düşməməliyik”, - Zelenski


21.03.2024 - 11:35

Ukraynada 500 min insan orduya çağırılır?

Cəbhə xəttində baş verən rotasiyaları və daxil olan silahları nəzərə alsaq, 500 min ukraynalının səfərbər edilməsi zəruri deyil. Xəbər verilir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal xarici mediaya açıqlamasında deyib. "Tərəfdaşlarımız artilleriya mərmiləri, uzun və orta mənzilli raketlərdə dəstək olarsa, mübarizəni davam etdirəcəyik", - deyə o bildirib.


20.03.2024 - 15:44

Ukrayna PUA-ları Engelsə hücum edib – Hədəf strateji bombardmançılar olub

Martın 20-nə keçən gecə Ukrayna PUA-ları Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərinə hücum edib. Xəbər verilir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Saratov vilayətinin rəhbəri Roman Busarqin bildirib ki, PUA-lar “vaxtında və effektiv şəkildə işləyən” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Engels sakinləri isə sosial şəbəkələrdə şəhərdə silsilə partlayışlar barədə məlumat yayıblar.


20.03.2024 - 12:27

Paris Ermənistandan hücum edir, savaşı qızışdırır - Video

Artıq 2 ildən çoxdur ki, Ukrayna müharibəsi davam edir. Proses başladığı zaman vurğuladığımız kimi, bu, Ukraynadan daha çox ABŞ-la, kollektiv Qərblə Rusiya arasında gedən müharibədir. Sonrakı proseslər də bunu təsdiqlədi. Bu sözləri Ukrayna müharibəsinin gedişatı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib. General müharibənin ABŞ-dakı prezident seçkilərinədək nə


20.03.2024 - 12:06

Stoltenberqin Ermənistanda dəhşətli açıqlaması…

NATO-nun Baş katibi Yens Stoltenberqin Ermənistanda “Mən sizin (Ermənistanın – red.) Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin işğalçılıq müharibəsində qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə çağırıram. Əgər Putin Ukraynada uğur qazansa, onun aqressiyasının bununla da dayanmayacağı və digər avtoritar qurumların bundan ruhlanacağı riski realdır” sözləri siyasi müşahidəçilə


19.03.2024 - 19:04

Putinin qələbəsindən sonra... – TƏHLİL

Rusiyada keçirilən prezident seçkisində Vladimir Putinin yenidən qələbə qazanması ilə Moskvanın bundan sonrakı geosiyasi doktrinası daha da sərtləşə bilər. Çünki Putinin rəqibsiz daxili siyasi mühitdə qələbə qazanması Kremlin apardığı siyasətin Rusiya cəmiyyəti tərəfindən dəstəklənməsi tendensiyasını gücləndirəcək. Rusiya əsasən Ukraynada apardığı hərbi kampaniyanın öz xeyrinə dinamik cəbhə xətti kimi qalmasını asanlaşdırmaqdan ötrü yeniliklər edə


19.03.2024 - 13:20

Ölkəyə gələn turistlərin sayı kəskin artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, gələnlərin 26,8 faizi Rusiya Federasiyası, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirliklə


17.03.2024 - 12:16

Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları

Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Buna səbəb Ukrayna dronlarının Moskva şəhəri və Moskva vilayəti ərazilərinə hücumları olub. Bildirilir ki, qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verilib. Hazırda hava limanları ilə bağlı onlarla aviareys təxirə salını


17.03.2024 - 11:31

Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür. Yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq. Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri


Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17