Bazar, 05 May

Axtarış

UEFA” üzrə 159 nəticə tapıldı

06.10.2022 - 13:10

Millimiz 5 pillə irəlilədi - FİFA reytinqi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Xəbər verilir ki,  bundan əvvəlki reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub. Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq. Qeyd edək ki, siyahı


05.10.2022 - 19:07

Qurban Qurbanov: "Bütün futbolçular oyuna hazırdır"

  "Bütün futbolçular hazırdır. Sadəcə Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək".   Xəbər verilir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib. Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis"


04.10.2022 - 16:16

Avropa Liqasının onluğunda - "Qarabağ" birincidir - FOTO

Hazırda UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların sıralaması açıqlanıb. Xəbər verilir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" birinci pillədə yer alıb. Məlumatda bildirilib ki, siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Avroliqa təmsilçimiz son 5 matçın 4-də meydandan qələbə ilə, yalnız birində məğlubiyyətlə ayrılıb. Qeyd edə


03.10.2022 - 19:20

UEFA “Qarabağ”la bağlı paylaşım edib - FOTO

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib. Avropa Liqasının rəsmi “Twitter” səhifəsində “köhlən atlar”ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb. Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib. Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın son turunda “Azersun Arena”da “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.


30.09.2022 - 10:21

“Qarabağ”  “Nant” oynunun  biletləri satışa çıxarıldı

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb. Xəbər verilir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir. Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə


29.09.2022 - 19:17

UEFA "Qarabağ"ın kapitanını təbrik etdi

UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib. Məlumata görə, Avropa futbol qurumunun rəsmi tviter səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb. Postda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb. Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.


22.09.2022 - 11:03

Bu gün Azərbaycan Slovakiya ilə qarşılaşır

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Xəbər verilir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq. Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq. 22 sentyabr UEFA Millətlər Liqası V tur 22:45. Slovakiya - Azərbaycan Baş hakim: Uilyam Kollam


18.09.2022 - 11:40

UEFA-nın klub reytinqində "Qarabağ"ın yeri AÇIQLANDI

Avrokubokların qrup mərhələsində II tur başa çatıb. Xəbər verilir ki, bu matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb. Siyahıda Azərbaycanı 7 klub təmsil edir. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri Rusiya “Lokomotiv”i, Rumıniya təmsilçisi ÇFR-i və Çexiyanın “Viktoriya” klubu ilə şərikdir. Ötən reytinqdə 63-67-ci yerləri bölüşən “dördlük”


14.09.2022 - 18:40

“Qarabağ“ ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq“

"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik". Məlumata görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib. 59 yaşlı mütəxəssis yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini bildirib. "Heç vaxt azarkeş


13.09.2022 - 12:05

Bu gün "Barselona" "Bavariya"nın qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. Xəbər verilir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ın, Şotlandiya "Reyncers"i İtaliyada "Napoli"nin qonağı olacaq. B qrupunda "Portu" Portuqaliyada Belçika "Brügge"sini, "Bayer" Almaniyada İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edəcək. C qrupunda Almaniya "Bavariya"sı ilə İspaniya "Barselona"sı Münhendə "Allianz Arena"da üz-üzə


11.09.2022 - 11:00

“Qarabağ” – “Nant” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ”ın Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb. Məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış mə


06.09.2022 - 12:06

"Frayburq"-"Qarabağ" oyunu bu hakimlərə tapşırıldı

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb. Xəbər verilir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erik Lambrextsə Jo de Veirdt və Matias Hillert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək. VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq. Qarşılaşmanın hakim-inspektoru


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15